Deputatın obyektindəki partlayışla bağlı rəsmi məlumat yayıldı

Daxili İşlər Nazirliyi Lerikdəki quşçuluq müəssisəsində baş vermiş hadisə barədə məlumat yayıb. “Olaylar” Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyi Lerikdəki quşçuluq müəssisəsində baş vermiş hadisə barədə məlumat yayıb. "Olaylar" Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb. Orada fəhlə işləyən kənd sakinləri Mehman Mirzəyev və Akif Aslanov isə xəstəxanaya yerləşdiriliblər. Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.  Xatırladaq ki, partlayışın baş verdiyi müəssisənin Milli Məclisin deputtaı İqbal Məmmədova məxsus olduğu bildirilir...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31