Ərəb koalisiyasından ŞOK AÇIQLAMA— "Məkkəyə hücumun qarşısı alındı"

Ərəb koalisiyası Məkkəyə edilən hücum barədə açıqlama verib. Yəmənli üsyançıların Məkkəyə atdığı raket Səudiyyə Ərəbistanı tərəfindən məhv edilib. Koalisiya isə baş verən insidenti "həc ziyarətinə mane olmağa cəhd" kimi dəyərləndirib. Raket Məkkənin 69 km cənubuna düşüb. Avqust ayında başlayacaq həc ziyarətinə iki milyondan çox müsəlmanın gələcəyi təxmin edilir. Qeyd edilir ki, raket İranın dəstəklədiyi xusilər tərəfindən atılıb.

Xusilər əvvəllər də Səudiyyə sərhədindən raket hücumu təşkil etmişdilər.  Oktyabr ayında baş verən bu hücumda da Səudiyyə hərbçiləri raketi havadaca məhv etmişdilər. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31