Gündəm

Nə qədər xarici dövlət borcumuz var?

28 İyul 2017 13:46

Dövlət büdcəsində 2017-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi (limiti) 1000 mln. manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 500 mln. manat müəyyən edilib. “Olaylar” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlinində qeyd edilib.

Yasamalda söküntü qalmaqalı

28 İyul 2017 13:37

Yasamal rayonu, Zahid Xəlilov küç. 36A, 36B, 36V, Əhməd Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanı üzrə sakinlərdən 31 nəfərin imzası ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin imzaladığı sərəncamının ləğvinə dair iddia qaldırılıb. Bu barədə “Olaylar”a adıçıkilən ünvanda yaşayan  sakinlər məlumat verib.

ŞOK! Bu ölkədə it əti yeyənlərin sayı artır 

28 İyul 2017 13:36

İndoneziyada it əti satışları artır. Bu səbəbdən də itləri oğurlayaraq satanların sayında həndəsi yüksəliş müşahidə olunur. Oğurluq itlərin satışlarının ən yüksək həddə çatdığı şəhərlər paytaxt Cakarta ilə məşhur kurort Balidir. 

Dondurma alarkən DİQQƏTLİ OLUN! - "Qum dadır, adamı boğur" - VİDEO

28 İyul 2017 13:34

Son günlər bəzi dondurmaların keyfiyyətinə şübhə ilə yanaşanların sayı artıb. Söhbət isti yay aylarında tələbatın daha çox olduğu dondurmalardan gedir.

Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb

28 İyul 2017 13:25

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.  Saxlanılan şəxslərin hamısı Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Onlar dəmiryolu nəqliyyatında və insanların sıx toplaşdığı yerlərdə terror aktları həyata keçirmək istəyib. Saxlanılanların şəxsiyyətləri açıqlanmasa da, müvafiq əməliyyat-istintaq işləri aparılır.

MN: "Super Muşak" təyyarələri Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq

28 İyul 2017 13:23

“Super Muşak” təyyarələri Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq. Müdafiə Nazirliyindən  verilən məlumata görə, bu barədə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşündə bildirilib.

“Bakcell”dən Cocuq Mərcanlı sakinləri üçün xüsusi tarif: bir il pulsuz danışıq

28 İyul 2017 13:19

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb. 

Polis arvadını öldürdü: özü də azyaşlı uşağının gözü qarşısında İNTİHAR ETDİ - VİDEO

28 İyul 2017 13:14

Konyanın Cihanbeyli mahalında yol polisi işləyən 27 yaşlı Serkan Çevik ilə həmyaşıdı olan tibb bacısı həyat yoldaşı Elif Çevik evdə ölü tapılıb. Cütlüyün 2.5 yaşlı uşaqları İkranurun da paltarı qan içində valideynlərinin cəsədinin yanında olduğu məlum olub. Serkan Çevikin psixi sarsıntı keçirib, tapança ilə yoldaşını öldürdükdən sonra intihar etdiyi ehtimalı üzərində dayanan polis istintaqı davam etdirir.

İmtahan nəticələri bəlli oldu

28 İyul 2017 13:12

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən  imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan edib.  DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Bildirilir ki, imtahanda iştirakı gözlənilən  832 abituriyentdən 98 nəfəri imtahanda iştirak etməyib, 2 abituriyent isə imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ermənistanda dəhşətli qətl: Müşaviri ailə üzvləri öldürüb

28 İyul 2017 13:07

Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyanın ölümündə şübhəli bilinən iki nəfər nəzarət altına alınıb.

Onlar mükafatlandırılacaq

28 İyul 2017 13:08

Avqustun 2 – si  Milli Kino Günü ilə əlaqədar olaraq  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup kino xadimlərinə uzun müddətli səmərəli fəaliyyətlərinə görə pul mükafatları təqdim edəcək. “Olaylar” İttifaqa istinadən bildirir ki, mükafatlar veteran və yubiliyar kino xadimlərinə təqdim olunacaq. Yubiliyarlara mükafat olaraq 450, veteranlara isə 200 manat məbləğində  mükafat ayrılıb. Mükafatçı yubiliyarlar: Xalq artisti Yalçın Heydər oğlu Əfəndiyev,  xalq rəssamı Rafiq Əliş oglu Nəsirov, Əməkdar İncəsənət xadimləri  Rəfail Əli oğlu Qəmbərov, Ənvər Abbasqulu oğlu Əbluç.

Makkeyn Trampın istəyini rədd etdi: Prezident vədini yerinə yetirə bilmədi

28 İyul 2017 13:04

ABŞ Senatı keçmiş prezident Barak Obamanın dövründə tətbiq edilən “Obamacare” səhiyyə sisteminin ləğvinə dair Respublikaçılar partiyası tərəfindən təklif edilən dəyişiklikləri rədd edib. Senatda yeni səhiyyə sisteminin tətbiqi ilə bağlı səsvermə keçirilib. Dəyişiklik layihəsinin 51 nəfər əleyhinə, 49 nəfər isə lehinə səs verib. Respublikaçılar partiyasından Con Makkeyn, Suzan Kollins və Liza Murkovsk dəyişiklikləri “cılız” adlandırıb və layihənin əleyhinə səs verib. 

Ermənilər iş başında – Türkiyə-Almaniya gərginliyindən istifadə edirlər

28 İyul 2017 13:01

Türkiyə və Almaniya arasındakı siyasi gərginlik ermənilərə yeni fürsət açıb. Almaniya Erməni Şurası gələcək fəaliyyətində Qarabağ məsələsinə toxunacağını bəyan edib.  Şuranın rəhbəri Andranik Aznavuryan Almaniya-Türkiyə əlaqələrinin gərginləşməsindən sonra bu açıqlamanı verib: “İki ölkə arasında gərginliyin artmasından sonra Türkiyəyə qarşı sərt münasibət var.

Prokuror keçmiş MTN-in şöbə rəisinə cəza istəyib

28 İyul 2017 12:59

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, M. Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

18 yaşlı gənc milyonları heyrətləndirir - VİDEO

28 İyul 2017 12:56

Rusiyanın Omsk şəhərində yaşayan vorkaut fanatı Vyaçeslav Kripak artıq dünyaca məşhurdur. 18 yaşlı Slava ekstremal jurnalistika ilə məşğul olur. O, şəhadət barmaqları, hətta baş barmaqları üzərində durur.