Gündəm

Turizm sektoru inkişaf mərhələsində

28 İyul 2017 14:38

Son illər ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər, həyata keçirilən layihələr sırasında turizm özünəməxsus yer tutur.  Sevindirici hal ondan ibarətdir ki, bu istiqamətdə görülən işlər öz müsbət nəticələrini verməkdədir. İldən-ilə Azərbaycana gələn turistlərin sayının artması bunun əyani göstəricisidir.  Azərbaycanda turizmin inkişafına təkcə bu sahədə yeni infrastrukturun yaradılması, yeni turizm istirahət mərkəzləri, mehmanxa və otellərin inşa edilməsi təkan vermir. Eyni zamanda ölkəmizdə müntəzəm olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli idman, mədəniyyət və humanitar tədbirlər ölkə turizminin inkişafına əlverişli şərait yaradır.

Müsəlmanlar arasında bəzi xoşagəlməz cərəyanlar ortaya çıxıb

28 İyul 2017 14:37

Zaman-zaman Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa cəhdlər göstərilsə də, müvafiq qurumların səmərəli və adekvat tədbirləri nəticəsində ölkəmizə qarşı nəzərdə tutulan məkirli planların qarşısı alınıb, onlar zərərsizləşdirilib. Lakin bütün əks reaksiyalar və tədbirlərə rəğmən müəyyən xarici dairələr, xüsusilə Yaxın Şərqdə, ərəb ölkələrində fəaliyyət göstərən müəyyən dini təriqət və qruplaşmaların Azərbaycanla bağlı planları heç də ara vermir.

Xəzərdə 3 İran vətəndaşı batdı

28 İyul 2017 14:35

Xəzərin İran sahillərində 3 nəfər batıb. Hadisə bu gün səhər saatlarında Babolsərf şəhərində baş verib. Son məlumata görə, batanlardan 2 nəfərin cəsədi tapılıb. Üçüncü şəxsin axtarışları davam edir.

Fala baxır, rəml atır...

28 İyul 2017 14:31

Dövr və zaman dəyişsə də, insanın düşüncəsi, arzu və istəyi dəyişməz olaraq qalır. Sözdə dünya malına aludə olmadığını, vəzifəyə göz dikmədiyini deyən insan, əməli fəaliyyətində bu istəkləri reallaşdırmağa can atır. Bunun üçün, hətta ağılasığmaz vasitə və üsullardan belə istifadə etməkdən çəkinmir. Bir qədər əvvəl sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, Çeçenistanda mənzil istismar sahəsinin əməkdaşı falçı yanına gedib, pul-para verib, xahiş-minnət edib ki, elə dua yazsın, rəml atsın ki, Ramzan Kadırov rəhmə-imana gəlib onu Çeçenistanın mədəniyyət naziri təyin eləsin. Bu biçarənin iştahası böyük olsa da, arzusuna təbii yanaşılır. Axı, o da nəhayətdə insandır.

Farsların şeytanın ağlına gəlməyən DƏHŞƏTLİ 10 CƏZA NÖVÜ: 3 dəfə öldürmək...

28 İyul 2017 14:29

Farslar törədilən cinayətin böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün məhbusları çox sərt cəzalandırırdılar ki, digərlərinə ibrət olsun. Onlar cəza verərkən çox zaman insanların mənsub olduqları zümrələri nəzərə almırdılar. Lakin bəzən qaydaları pozurdular.

Rusiya ABŞ-a qarşı əks-hücuma KEÇDİ - Qarşıdurma QIZIŞIR

28 İyul 2017 14:26

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsindən sonra Moskva əks-hücuma keçib. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı diplomatlarının sayını 455-ə qədər azaldılmasını tələb edib. Həmçinin, Moskvadakı diplomatik korpusların ABŞ səfirliyi tərəfindən istifadə edilməsini də məhdudlaşdırıb.

Norveç atıcısı: "Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir"

28 İyul 2017 14:24

"Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir". Bunu Bakıda keçirilən Atıcılıq üzrə Avropa Çepmionatının Norveçdən olan iştirakçısı Paal Hembre deyib. P.Hembre vurğulayıb ki, artıq üçüncü dəfədir Azərbaycana gəlir: "Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm.

Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun ilk iclası keçirilib

28 İyul 2017 14:19

İyulun 27-də İqtisadiyyat Nazirliyində Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazir müavini Sahil Babayevin və Pakistan İslam Respublikasının ticarət katibi Məhəmməd Yunus Dağanın həmsədrlik etdiyi iclasda iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin mövcud vəziyyəti, xüsusilə ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilmiş, bu istiqamətdə növbəti addımlar nəzərdən keçirilmişdir. İclasda ölkə rəhbərlərinin siyasi iradəsi və dəstəyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan münasibətlərinin əhəmiyyəti və iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanmışdır.

Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edib

28 İyul 2017 14:17

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. İyulun 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Leyla və Arif Yunuslar Avropada milyonçu oldular

28 İyul 2017 14:16

Müxalifət fəalı, Çexiyada yaşayan siyasi mühacir Zamiq Məmmədli Rusiya aktivisti Aleksey Navalnı ilə müqayisə edilə bilər. Amma Navalnıdan fərqli olaraq Məmmədli hökumətdəki yox, belə demək mümkünsə, "hüquq müdafiəsi müxalifətindəki" oliqarxları ifşa edir.

Moldovada azərbaycanlı biznesmenləri şantaj edənlər kimlərdir?

28 İyul 2017 14:07

Moldova Baş prokurorluğu bu ölkədə fəaliyyət göstərən azərbaycanlı biznesmenləri şantaj və işgəncələrə məruz qoyan qruplaşmanın üzvlərinin həbsi barədə məlumat yayıb. Həmin qruplaşma üzvləri də azərbaycanlılardan ibarətdir, lakin adları hələlik açıqlanmır. Moldova Baş prokurorluğunun bildirdiyinə görə, saxlanılan şəxslər azərbaycanlı biznesmenləri oğurlayıb, təhdid və şantaj edib, onları məcbur edib ki, əmlaklarını başqalarının adlarına keçirsinlər və iri məbləğlərdə pul versinlər.

Həkimlər ağır xəstəni polis bölməsinin qabağına atdılar - Bakıda şok olay

28 İyul 2017 13:55

Bu günlərdə Bakıda çağırışa gedən təcili tibbi yardım stansiyasının işçilərinin sərxoş şəxslər tərəfindən döyüldüyü xəbəri yayılıb. Məlumata görə, hadisə gecə yarı paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsində baş verib.

Əcnəbi turist: "Azərbaycan polisinin şücaəti və operativliyi məni valeh edib"

28 İyul 2017 13:53

Polşalı turist Azərbaycan polisinə təşəkkür edib.  Polşa vətəndaşı Sebastian Gmerek öz Facebook səhifəsində polislərimizlə çəkdirdiyi şəklini paylaşaraq onlara minnətdarlığını ifadə edib.

"ABŞ bizi şantaj edir" - Rusiya XİN

28 İyul 2017 13:52

"Rusiya XİN ABŞ tərəfindən Rusiya ilə bağlı qəbul edilmiş yeni sanksiyaları şantaj adlandırıb". Rusiya XİN Rusiya ilə qarşılıqlı əlaqələrin məhdudlaşdırılmasına yönəlmiş şantajın bir çox ölkələr və beynəlxalq biznes üçün təhlükə olduğunu bildirib.

Dövlət büdcəsinin 6 aylıq gəlirləri məlum oldu

28 İyul 2017 13:47

2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7724834,1 min manat məbləğində vəsait daxil olub ki, bu da “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunla müəyyən edilmiş 16255000 min manat məbləğində illik proqnozun 47,5%-nə, “2017-cı il dövlət büdcəsinin gəlirlərinin, xərclərinin və kəsirinin maliyyələşdirmə mənbələrinin rüblər və aylar üzrə bölgüsü”nə uyğun 7551761min manat məbləğində yarımillik proqnozun 102,3%-nə bərabər olub.