Dövlət büdcəsinin 6 aylıq gəlirləri məlum oldu
2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7724834,1 min manat məbləğində vəsait daxil olub ki, bu da “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunla müəyyən edilmiş 16255000 min manat məbləğində illik proqnozun 47,5%-nə, “2017-cı il dövlət büdcəsinin gəlirlərinin, xərclərinin və kəsirinin maliyyələşdirmə mənbələrinin rüblər və aylar üzrə bölgüsü”nə uyğun 7551761min manat məbləğində yarımillik proqnozun 102,3%-nə bərabər olub.
28 İyul 2017 13:47 Sosial2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7724834,1 min manat məbləğində vəsait daxil olub ki, bu da "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Qanunla müəyyən edilmiş 16255000 min manat məbləğində illik proqnozun 47,5%-nə, "2017-cı il dövlət büdcəsinin gəlirlərinin, xərclərinin və kəsirinin maliyyələşdirmə mənbələrinin rüblər və aylar üzrə bölgüsü"nə uyğun 7551761min manat məbləğində yarımillik proqnozun 102,3%-nə bərabər olub. "Olaylar" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlinində qeyd edilib. Bildirilib ki, 2017-ci ilin altı ayı ərzində dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə (31310,6 mln. manat) nisbəti 24,7% təşkil etməklə əvvəlki ilin analoji göstəricisini 1,7 faiz bəndi üstələyib. 2017-ci ilin altı ayı ərzində icra edilmiş gəlirlərinin mənbələr üzrə bölgüsündə Vergilər Nazirliyinin payı 43,4% təşkil edib. Dövlət büdcəsinin gəlirlərinin strukturu 2017-ci il üçün müəyyən edilmiş illik və yarımillik proqnozların icrası səviyyəsi əsas mənbələr kimi Vergilər Nazirliyi, Gömrük Komitəsi və qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə formalaşıb. Digər mənbələr üzrə gəlirlər 1% 4 artıqlaması ilə yerinə yetirilib, Dövlət Neft Fondu üzrə isə kəsirlə icra olunub.