Norveç atıcısı: "Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir"
"Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir". Bunu Bakıda keçirilən Atıcılıq üzrə Avropa Çepmionatının Norveçdən olan iştirakçısı Paal Hembre deyib. P.Hembre vurğulayıb ki, artıq üçüncü dəfədir Azərbaycana gəlir: "Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm.
28 İyul 2017 14:24 İdman"Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir". Bunu Bakıda keçirilən Atıcılıq üzrə Avropa Çepmionatının Norveçdən olan iştirakçısı Paal Hembre deyib. P.Hembre vurğulayıb ki, artıq üçüncü dəfədir Azərbaycana gəlir: "Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Bundan əvvəl birinci Avropa Oyunlarında və Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak etmişəm. Azərbaycan hər biri yarışı yüksək səviyyədə təşkil edib və bu yarışmada da iştirakçılar üçün hər cür şərait yaradılıb". Norveçli iştirakçı ölkəmizi çox bəyəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, infrastrukturu və qonaqpərvər xalqı var. Milli.az