Müsəlmanlar arasında bəzi xoşagəlməz cərəyanlar ortaya çıxıb
Zaman-zaman Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa cəhdlər göstərilsə də, müvafiq qurumların səmərəli və adekvat tədbirləri nəticəsində ölkəmizə qarşı nəzərdə tutulan məkirli planların qarşısı alınıb, onlar zərərsizləşdirilib. Lakin bütün əks reaksiyalar və tədbirlərə rəğmən müəyyən xarici dairələr, xüsusilə Yaxın Şərqdə, ərəb ölkələrində fəaliyyət göstərən müəyyən dini təriqət və qruplaşmaların Azərbaycanla bağlı planları heç də ara vermir.
28 İyul 2017 14:37 SosialƏkrəm Həsənov: "Kimlərsə özlərini ayırırlarsa, onlar artıq ölkəmizdə təfriqəçilik toxumları salırlar"
"Belələrinin məsciddə gəlib namaz qılmağı da doğru hesab edilmir"
Zaman-zaman Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa cəhdlər göstərilsə də, müvafiq qurumların səmərəli və adekvat tədbirləri nəticəsində ölkəmizə qarşı nəzərdə tutulan məkirli planların qarşısı alınıb, onlar zərərsizləşdirilib. Lakin bütün əks reaksiyalar və tədbirlərə rəğmən müəyyən xarici dairələr, xüsusilə Yaxın Şərqdə, ərəb ölkələrində fəaliyyət göstərən müəyyən dini təriqət və qruplaşmaların Azərbaycanla bağlı planları heç də ara vermir. Əksinə hər ötən gün bu planlar gələcək perspektivlər üçün daha radikal, daha genişmiqyaslı xarakter kəsb edir. Mənfi qiymətləndirilməli məqamlardan biri ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən bəzi siyasi təşkilat və qurumlar da müəyyən zaman kəsiyində dini qruplaşmalardan yararlanmağa, onlardan bir vasitə kimi istifadə etməyə çalışırlar. Elə müxalifətin radikal qanadı kimi tanınan Milli Şura adlanan qurum da cari ilin əvvəllərində paytaxtda təşkil etdiyi bir neçə aksiya zamanı eyni metodologiya və vasitələrdən, yəni dindarları siyasi proseslərə qoşmaq kimi cəhdlərdən istifadə etməyə çalışıb. Təəssüflər olsun ki, hazırda da bu kimi hallardan maksimum dərəcədə istifadə etməyə çalışan fərdlər və qruplar, siyasi təşkilatlar var.
Ümumiyyətlə, həm bu, həm də digər amil, yəni dini qruplaşmaların Azərbaycanda çoxalması və onların bir çoxunun təhlükə mənbəyi rolunu oynaması sağlam düşüncə və təfəkkürə malik, dini zəmində qarşıdurma tərəfdarı olmayan şəxslərin etirazına səbəb olur. Elə ilahiiyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da belə düşünür. O, bildirib ki, Azərbaycanda müsəlmanlar arasında bəzi xoşagəlməz cərəyanlar ortaya çıxıb. Əkrəm Həsənov qeyd edib ki, onlar özlərinə sələfi deyirlər: "Öz iddilarına görə sələfi alimlərinə müraciət etdiklərini deyirlər. Amma sələfilikdən payları yoxdur. Başqa məzhəblərdə ümumi hamıya vəhabi deyirlər. Bu da doğru deyil. Aləmi bir-birinə qatıblar. Jurnalistlər də dini bilmirlər, ya da qərəzli yazırlar. Məsələn əvvəllər başqa məzhəblər həmişə belə qruplara ümumi vəhabi deyirdi, indi də bəzi saytlar yenə vəhabi sözündən yapışıb. Bütün bunlar ya qərəzlilikdən irəli gəlir, ya da bilməməzlikdən. Bunların heç biri vəhabi deyillər. Allah rəhmət etsin ulu öndər Heydər Əliyev də demişdir ki, "Azərbaycanda vəhabi yoxdur". Çünki, o dini çox gözəl bilirdi və bu ifadənin elmi dini ədəbiyyatda ifadə edilmədiyini anlayırdı". İlhaiyyatçı bildirib ki, ümumi müsəlmanlar arasında təfqirəçilik salmamaq üçün bütün qrupları öz adları ilə adlandırmaq yaxşıdır: "Belə ki, Xaçmazda məsciddə ayrıseçkilik salan vəhabilər yox, hizbilər, mümeyyilərdir. Onlara ona görə hizbi deyilir ki, onlar özləri ayrıca qruplaşma yaradırlar. Sosial şəbəkələrdə də çox fəaldırlar və gələcəkdə təhlükə ola biləcək sosial baza formalaşdırırlar. Bunlara liderlik edən çox sayda "elm tələbələr"i də vardır. Biz vaxtilə həmin "elm tələbələri"nin adlarını mətbuatda açıqlamışdıq. Ancaq görsənir ki, çoxları yenə də dini durumdan xəbərsizdirlər. Xaçmazda problem yaradan qrup da hizbləşən, yəni ayrıca qruplaşma yaradan admalardır. Onlar çoxaldıqca ölkəmiz üçün təhlükəyə çevrilirlər. Hansı məsciddə belə hizbilik, təkfirçilik, xəvariclik çoxalıbsa həmin məscidin bağlanması labüd olub. Çünki, biz də istəmirik ki, biz müsəlmanlara kafir deyən adamlar gəlib bizimlə bərabər ölkəmizin məscidlərində namaz qılsınlar. Əgər biz hamımız özümüzü müsəlman hesab ediriksə, onda birlikdə bu ölkədə mehriban olmalıyıq, ölkə rəhbərliyinin ətrafında sıx birləşməliyik. Dinimiz də bunu bizdən tələb edir ki, hamılıqla Allahın ipindən möhkəm yapışaq və parçalanıb bölünməyək. Kimlərsə ki, özlərini müsəlmanlardan ayıracaqlar, onlar nə dünyada, nə də axirətdə rahatlıq tapacaqlar. Çünki, rahatlığımız Allaha, Rəsuluna itaətdən sonra yaşadığımız ölkədə ölkə rəhbəri və idarəçilərə itaət və hörmətdən ibarət olmalıdır. Allah təala Qurani Kərimdə və Allahın Rəsulu hədislərində bunu bizdən tələb edir. Əgər istəyiriksə ölkəmizdə sülh, əminamanlıq olsun, mehribançılıq olsun, məscidlərimiz çoxalsın o zaman hamılıqla birlik olmalıyıq. Kimlərsə özlərini ayırırlarsa, onlar artıq ölkəmizdə təfriqəçilik toxumları salırlar. Əlbəttə belələrinin məsəciddə gəlib namaz qılmağı da doğru hesab edilmir. Sən əgər bu ölkənin vətəndaşısansa bu ölkənin hər fərdinə, xüsusi ilə ali idarəçilik strukturlarına hörmət göstərməlisən".
Füzuli