Gündəm
Sumqayıtda yaşayış binası yanıb, iki nəfər tüstüdən zəhərlənib
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaşayış binasının 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.
Nümunəvi qəbir sənədləri hazırlanır
Azərbaycanda nümunəvi qəbiristanlıqlar, qəbirlərin hündürlüyü, yazıları barədə yeni sənəd hazırlanır. Bu barədə məlumatı millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa verib.
Nazir müavini: Ölkəmizin vergi sistemində modernləşmə prosesi aparılır
“Azərbaycanda vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının və vergi potensialının genişləndirilməsi, eyni zamanda investisiyaların cəlb edilməsi istiqamətində bu il Vergi Məcəlləsində dəyişikliklər edilib”. Bu fikri vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov deyib.
Avtomobildən oğurluq edən qadın yaxalanıb
Avtomobildən 2800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Aynur Cəbrayılzadə tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisində “Volksvagen” markalı avtomobildən 2800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Aynur Cəbrayılzadə yaxalanıb.
Evdən pul oğurlayan saxlanıb
3350 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlahə Əsədova tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki evlərdən birindən 3350 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlahə Əsədova saxlanıb.
Bakı sakinindən marixuana götürülüb
Bakı şəhər sakinində narkorik maddə aşkarlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Tural Baysaldan 945,59 qram marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.
Rakkada həlak olanların sayı açıqlandı
Suriyanın Rakka şəhərinə 26 və 27 iyulda təşkil edilən hücumlar nəticəsində 84 mülki şəxsin həlak olduğu, 90 nəfərin yaralandığı bildirilir. “Olaylar” "Anadolu” agentliyinə istinadən bildirir ki, Suriya İnsan Haqqları birliyi son 8 ayda Rakkaya olan hücumlar zamanı həlak olanların sayını açıqlayıb. Məlum olub ki, Rakkada son 8 ayda həlak olanlardan 308 – i uşaq, 203 - ü qadındır. Birlik ən azı 400 vətəndaşın həlak olduğunu qeyd edir.
Bakı-Tbilisi-Qars dəmiryolu fəaliyyətə başlayacağı TARİX AÇIQLANDI
Bakı-Tbilisi-Qars dəmiryolu bu ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bu barədə "Qazaxıstan Dəmir Yolları"ndan məlumat verilib.
12 PKK – çı saxlanıldı
İstanbul Terrorla Mübarizə İdarəsi PKK teror qruplaşmasına qarşı əməliyyatlarını davam etdirir. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Güngören, Arnavutköy, Ovçular, Sultangazi, Bağçılar, Fatih və Büyükçekmecedə aparılan əməliyyat zamanı 12 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Gürcüstan rəsmisi: "Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək"
"Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək". Bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deyib. Onun sözlərinə görə, boru kəmərinin bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasına rəğmən, dövlət onun problemsiz işləməsi üçün hər şey edir. "Boru kəmərinin fasiləsiz işləməsi bizim üçün əsas prioritet məsələlərdən biridir. Bakı-Supsa kəməri çox vacib strateji obyektdir və təbii ki, onun təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün tədbirlər həyata keçiriləcək", - deyə K. Tsixelaşvili bildirib.
Burak həyat yoldaşı və iki uşağına "Çin işgəncəsi" verdi
Çinin "Beijing Guoan" klubunda ilinə 32 milyon TL qazanan Burak Yılmaz həyat yoldaşı və uşaqlarının qaldığı evin aylıq 16 min TL kirayəsini ödəməyincə mənzil sahibi onları evdən çıxarmaq haqda qərar verib. Burakın xanımı uşaqlarıyla yaşadığı villanı 7 gün ərzində boşaltmaq məcburiyyətindədir.
Evə əxlaqsız qız gətirən qonşusunu öldürənə 10 İL 6 AY HƏBS TƏLƏBİ
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında S.Məmmədovun törətdiyi əmələ görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Özünü başqasının mənfi enerjisindən müdaifə etməyin 5 mühüm qaydası
Empatiya başqa insanların emosiyalarını duymaq və hiss etmək qabiliyyətidir. Simpatiya isə digər insanlara qarşı şəfqət hissidir. Empatiyası güclü olan insanlar ətrafdakıların ağrı və əzablarını daha tez hiss edir. Lakin bu duyğunun sizə mənfi təsirləri qaçılmazıdır.
Aqrar sahədə də müasir iqtisadi inkişaf modelindən istifadə olunur
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıda duran vəzifələr yerinə yetirilib. Buna baxmayaraq, dövlət başçısı aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bildirdi və müvafiq tapşırıqlar verdi. Maraqlıdır, hazırda ölkənin aqrar sektorunun inkişaf tempi hansı səviyyədədir?
Siqaret çəkən xanımlar gələcək üçün hansı təhlükə yaradır?
Müstəqillik dövründən sonra Azərbaycanın Avropaya, Qərbə açılması, qoca qitənin mədəniyyətinin mənimsənilməsi özü ilə cəmiyyətimizə bir çox problemlər də gətirdi. Düzdür, Qərbə, Avopaya açılım, gediş-gəlişin intensivləşməsi talnız problemlərlə yadda qalmadı. Qərbin, inkişaf etmiş Avropa ölkələrinin təcrübəsi öyrənildi, texnologiya inkişaf etdi. Gənclərimiz dövlətin xətti ilə xarici ölkələrə gedərək orada ali təhsil aldılar və vətənə bacarıqlı. Potensial kadr kimi geri döndülər. Ancaq qeyd etdiyimiz kimi Qərbin, Avropanın mənfi xüsusiyyətləri, milli mentalitetimizə zidd davranışlar da bizlərdən yan keçmədi.














