Gündəm

Barış Sözər: "Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılıb"

28 İyul 2017 16:12

“Küləklər şəhəri” Bakıda təşkil olunan bu mötəbər yarışda iştirak etməkdən çox məmnunuq. Türkiyə Avropa çempionatına 15 idmançı ilə qatılıb. Təəssüf ki, atıcılarımız mükafatçılar sırasına düşə bilməyiblər". Bunu Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında mübarizə aparan Türkiyə milli komandasının baş məşqçisi Barış Sözər deyib.

Politoloq: “Azərbaycan ərazilərimizin bərpa olunması üçün döyüşə başlayacaq”

28 İyul 2017 16:10

“Ermənistan tərəfi bütün danışıqlar prosesində hər cür yola əl atır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olmasına əngəl yaratsın”. Bunu  politoloq Ramiz Alıyev deyib.

Çıxış yolu: "Belə valideynlərin uşaqları əlindən alınmalıdır!” – Diləndirilən uşaqların taleyi

28 İyul 2017 16:08

Dayanacaqda, avtobuslarda, parklarda dilənən uşaqlar gün ərzində hər birimizin rastına çıxır. Dilənmək formaları fərqli olsa da, çoxunun məqsədi birdir. Valideyn məcburiyyəti ilə bu işlə məşğul olan, gələcəyimizin təminatçısı sayılan bu uşaqlar təhsillərini bir kənara atıb özlərini dilənçi kimi qələmə verirlər. Hansısa birinə yaxınlaşıb dilənməyinin səbəbini soruşduqda “valideynim göndərir” cavabı ilə üzləşməli oluruq. Zorlanma hallarının artdığı bir dönəmdə valideynlərin öz övladlarını, əsasən də, qız uşaqlarını dilənməyə vadar etmələri ağıla sığmayacaq bir təfəkkür və olduqca təhlükəli bir addımdır. Amma təəssüflər olsun ki, bu təhlükə davam etməkdədir.

Lavrovun Qarabağ məsələsində yeritdiyi siyasətin adı nədir?

28 İyul 2017 16:01

“Rusiya prezidenti Vladimir Putin bu gün öz açıqlamasında ABŞ-ın ölkəsinə qarşı sanksiya tətbiqinin və bir çox başqa addımlarının beynəlxaq normalara uyğun gəlmədiyini dedi. Və bütün bunları köntöylük adlandırdı”. “Olaylar” xəbər verir ki, bu fikri millət vəkili Sahib Alıyev  RF prezidenti Vladimir Putinin ABŞ-ı beynəlxalq hüquq normalarına pozmaqda ittiham etməsini şərh edərkən bildirib.

Deputat Aksarayda Qarabağdan danışdı

28 İyul 2017 15:57

Qarabağ parkı, Xarıbülbül abidəsinin açılışı və “Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak etmək üçün Aksarayda olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüb. “Olaylar” xəbər verir ki, millət vəkili Q.Paşayevanın Aksarayın mərkəzində Qarabağ Parkının açılması, Xarıbülbül abidəsinin qoyulması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanına təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib.

Su, torpaq və аtmоsfеr hаvаsından götürülmüş analizlərin nəticəsi açıqlanıb

28 İyul 2017 15:56

İyulun 27-də Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında su, torpaq və аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb, ölkənin hava hövzəsində rаdiоакtiv çirklənmə üzrə müşаhidələr keçirilib.

Ərəblər Bakının mərkəzində oğurluq etdilər - 2 mağazadan...

28 İyul 2017 15:53

Bakıda turistlər tərəfindən ard-arda 2 oğurluq hadisəsi qeydə alınıb. Hadisə şəhərin mərkəzində - Xəqani küçəsində yerləşən Xəqani Ticarət Mərkəzində baş verib. Belə ki, ərəb turistlər ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən idman malları mağazasına daxil olaraq, satıcının olmamasından istifadə ediblər. Onlar mağazadan idman ayaqqabısı, şort və digər geyim əşyaları götürərək, oradan uzaqlaşıblar. Baş verənlər təhlükəsizlik kameraları ilə qeydə alınıb. 

Dövlət İmtahan Mərkəzi keçid ballarını səhv verib

28 İyul 2017 15:42

Azərbaycan Dövlət İqtisad Universiteti keçid ballarındakı yanlışlıqla bağlı məlumat yayıb. Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının ikinci nömrəsində 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarını təqdim edib. Jurnalda UNEC-lə bağlı yanlışlığa yol verilib:

Bakıda supermarketdə "oğru"nu döyüb soyuducuda saxladılar - YENİLƏNİB

28 İyul 2017 15:38

Bakı sakini Firuz Qəhrəmanovun mağazada döyülərək soyuducuya salınması ilə bağlı xəbərdə adı çəkilən "Fresh market"ə zəng edib. Marketin özünü təqdim etmək istəməyən nümayəndəsi onlara məxsus mağazada belə hadisənin olmadığını bildirdi.

Kirayə qaldığı evi qarət etdi

28 İyul 2017 15:29

İyulun 26-da Bakı şəhər sakini olan qadın Səbail rayonu ərazisində yaşadığı mənzildən pulunun oğurlanması barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət edib. DİN mətbuat xidmətindən “Olaylar” bildirilib ki, məlumatla əlaqədar Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu həmin ünvana gəlib, hadisə yeri müayinə olunub, müvafiq araşdırmalar aparılıb

Baş prokuror Gədəbəydə vətəndaşları qəbul edib

28 İyul 2017 15:27

Baş prokuror Zakir Qaralov iyulun 28-də Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib. Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, qurumun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 24 vətəndaş dinlənilib, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb. Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 32 919 nəfər təşkil edir

28 İyul 2017 15:26

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 919 nəfər təşkil edir. Onlardan 87,8 faizini kişilər, 12,2 faizini qadınlar təşkil edir.

İordaniya kralından sərt bəyanat: “Siyasi şoumenlik göstərməsin, işini görsün!”

28 İyul 2017 15:23

Bir təhlükəsizlik işçisinin Əmmandakı İsrail səfirliyində 2 İordaniya vətəndaşını öldürməsi səbəbilə ölkələr arasında başlayan diplomatik böhran dərinləşməkdə davam edir.

Bill Qeyts yenə də dünyanın ən varlı adamı oldu

28 İyul 2017 15:16

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts yenə də dünyanın ən varlı adamıdır. Nüfuzlu "Forbes" jurnalı və "Bloomberg" nəşriyyatının versiyasına görə bu il də Bill dünyanın ən varlı adamı seçilib.