Deputat Aksarayda Qarabağdan danışdı
Qarabağ parkı, Xarıbülbül abidəsinin açılışı və “Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak etmək üçün Aksarayda olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüb. “Olaylar” xəbər verir ki, millət vəkili Q.Paşayevanın Aksarayın mərkəzində Qarabağ Parkının açılması, Xarıbülbül abidəsinin qoyulması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanına təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib.
28 İyul 2017 15:57 SosialQarabağ parkı, Xarıbülbül abidəsinin açılışı və "Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi"ndə iştirak etmək üçün Aksarayda olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüb. "Olaylar" xəbər verir ki, millət vəkili Q.Paşayevanın Aksarayın mərkəzində Qarabağ Parkının açılması, Xarıbülbül abidəsinin qoyulması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanına təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayeva işğalçı Ermənistanın bir neçə gün əvvəl öncəbhədə törətdiyi vəhşiliklər, qətlə yetirdikləri balaca Zəhra ilə bağlı da geniş məlumatlar verib, müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Aksarayın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Aksray bələdiyyə başqanı Haluk ŞahinYazgı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.