Gündəm
Ukraynada ermənilərlə azərbaycanlı iş adamı arasında QARŞIDURMA
Ukraynanın Lvov vilayətinin Truskavets şəhərində biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı Fuad Kərimov ilə ermənilər arasında qarşıdurma baş verib. Bu barədə biznesmenin özü məlumat verib. O qeyd edib ki, sözügedən şəhərdə iki restoranın sahibidir: ““Ukaze” restoranı 3 ay, “Sultan” restoranı isə 1 il yarımdır ki, fəaliyyət göstərir. Özüm isə 4 ay yarımdır ki, orada yaşayırdım.
Üç məhkumun həbsxanadan qaçış VİDEOsu ortaya çıxdı - BELƏ QAÇIBLAR
ABŞ-ın Kaliforniya ştatında keçən il həbsxanadan qaçan üç məhkumun çəkdikləri qaçış videosu ortaya çıxıb.Hoseein Nayer, Conatan Tieu və Tien Duonq adlı məhkumlar keçən il Kaliforniyadakı "Orange County" həbsxanasından qaçıblar. Həbsxanadan qaçış görüntülərini kamerayla qeydə alan məhkumlar bununla kifayətlənməyib, qaçışdan sonrakı həyatlarını da kameraya çəkiblər. Qaçış videolarını '"Həbsdən necə qaçdıq?" başlığıyla sosial şəbəkədə paylaşan məhkumlar yenidən saxlanılıblar.
Poroşenko Senatın Rusiya ilə bağlı qəbul etdiyi sanksiya qərarını alqışladı
Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalar paketi Ukraynanın yekdilliklə dəstəklənməsinin göstəricisidir. Poroşenko bu barədə Facebook-da yazıb: “Mən ABŞ Konqresi tərəfindən Rusiyaya qarşı qəbul edilən yeni sanksiyalar paketini qiymətləndirirəm. Bu ABŞ parlamenti tərəfindən Ukraynaya verilən dəstəyin göstəricisidir. ABŞ-ın təcavüzkarın cəzalandırılması ilə bağlı dəyişməz mövqeyinə inanıram”.
Xalq artistinin ailəsində ağır itki
Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəylinin həyat yoldaşı bu gün səhər saatlarında vəfat edib. Fərhad Bədəlbəylinin həyat yoldaşı Nailə xanım uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkib.
Nəsimi məktəbliləri “Yarımçıq xatirələr” filmini izləyiblər
İyul ayının 28-də uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. “Olaylar” xəbər verir ki, tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak etmişdir. Seans zamanı uşaqlara pulsuz meyvə şirəsi və popkorn verilmişdir.
Bəkir HƏBS OLUNDU
İstanbul Respublika Prokurorluğu Terror və mütəşəkkil cinayətlər Bürosu Baş Prokurorluğunun təlimatı ilə Bəkir İrtegün "Bylock" istifadə etdiyi üçün saxlanılıb. "Başakşehir" klubunun müqaviləsinə xitam verdiyi keçmiş "Fənərbağça"lı futbolçu Bəkir İrtegün FETÖ-nün gizli mesajlaşma proqramı "ByLock"-dan istifadə etdiyi iddiasıyla nəzarətə götürülüb.
Deputat: "Gələcəkdə bizi böyük uğurlar gözləyir"
"Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemlər olsa da, Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir". Bunu Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Onun sözlərinə görə, sosial problemlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib.
Aygün Kazımova ilə modelyer arasında qalmaqal: "Haqqımı halal etmirəm"
Xalq artisti, pop diva Aygün Kazımova və başqa bir dizayner şəxsi İnstagram səhifəsində Şəlalə Maqsudovanın İlqarə Kazımovaya 9 ay əvvəl tikdiyi paltarı geyinib fotosessiya edib. Əsas məsələ isə bu paltarın dizayneri olaraq Şəlalə Maqsudovanın deyil Türkiyədə və Azərbaycanda yetərincə tanınan azərbaycanlı dizayner Rüfət İsmayılın adının qeyd edilməsidir.
Almaniyalı idmançı Bakıda tapança ilə güllə atıcılığı yarışının qalibi oldu
Atıcılıq üzrə Avropa çempionatında qadınlar arasında 25 metr məsafədən tapança ilə güllə atıcılığı yarışının final mərhələsində Almaniya təmsilçisi qızıl medal qazanıb. Monika Karç finalda 39 xal toplayıb. İkinci yerə polşalı Klaudia Bres (33 xal), üçüncü yerə isə Bolqarıstan təmsilçisi Mariya Qrozdeva (29 xal) çıxıb.
Züleyxa Nadir yazır... Sağlığında hər cür münasibət olar, amma öləndən sonra şəklinə baxmaq olmaz...
XXI əsrdi. Azəbaycanlılar maksimum savadlı, gözüaçıq, dünyadakı yaxşını-pisi bir-birindən ayırmağı bacarmaq gücündədirlər. Gəl ki, din məsələlərində, İslami bigilərdə çox geridə qalıblar. Quran bilgiləri demək olar ki, sıfıra bərabərdi. Çox az adam, daha doğrusu barmaqla sayıla biləcək qədər insan Quran məntiqini anlayır və onun fəlsəfəsini qavrayır. Çoxluq mövhumata, xurafata yuvarlanıb. Onlar İslam dinindən bixəbər olanların yalan-yanlış, cəfəng söhbətlərini qəbul edir, Quran kitabını bir dəfə də olsun vərəqləmirlər. Bu da cəmiyyətdə dini məsəslərdə xaos yaranmasına səbəb olur. Xüsusilə də yas məclisləri gündən-günə özünün xoşagəlməz, qəbulolumaz elementləri ilə “zənginləşir”. Onlardan biri də mərhumun şəkli ilə bağlıdır.
Qandonduran cinayətdən dəhşətli faktlar: “Gülməyinə ara vermirdi”
Kenned Rey Manzanares adlı ABŞ vətəndaşı birlikdə dəniz səyahətinə çıxdığı arvadını gəmidə öldürüb. Cinayətkar polisə verdiyi ifadədə arvadının ona həddən artıq çox güldüyünü və onu bu səbəbdən vurduğunu deyib.
Bakıda dəhşətli olay: yeniyetmə qız valideynlərinin gözü qarşısında öldü
Bakıda 14 yaşlı qız qəfil vəfat edib. Hadisə Türkan qəsəbəsində baş verib. Poçt küçəsində yaşayan 2003-cü il təvəllüdlü Babayeva Tamella Azər qızının səhhətində qəfil problem yaranıb və onda yüksək hərarət müşahidə edilib.
Dilənçiliklə məşğul olan 10 yaşlı qız YOXA ÇIXDI - Bakıda
Bakıda dilənçiliklə məşğul olan 10 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Qəmrayeva Tünzalə Malik qızı bildirib ki, 2007-ci il təvəllüdlü qızı Qəmər metronun "Xətai" stansiyası yaxınlığında yoxa çıxıb. O, bildirib ki, qızını dilənçiliklə məşğul olması üçün Xocalı prospekti 18-in qarşısına qoyub. Bir neçə saat sonra geri qayıdanda isə qadın qızını tapa bilməyib.
4,7 bal gücündə zəlzələ
İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib. İnsanlar qorxaraq küçələrə axışıb. Müxtəlif səbəblərdən 16 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdirilib. Yeraltı təkanların episentri Nəhavənd şəhərinin 4 kilometrliyində yerləşən Kuhani kəndinə təsadüf edib və 2 km dərinlikdə olub.
Nazirlik reyd keçirdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun meşə ərazisində birgə reyd keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, reyd zamanı Cırdaxan meşəbəyliyinin 6 saylı dolayında 13 ədəd yabanı halda bitən çətənə kolu aşkar olunub və yandırılaraq məhv edilib.














