Gündəm
Səssiz qətliam: 48 saatda 84 ölü
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri ilə PKK/PYD terror təşkilatının Suriyanın Rakka şəhərində keçirdiyi əməliyyatlarda sivil vətəndaş ölümləri rekord həddə çatıb.
Çindən ABŞ-a çağırış: ”Bütün nəticələri nəzərə almışıq”
Çin Xarici İşlər Nazirliyinin spikeri Lu Knaq ABŞ-ın Rusiya, Şimali Koreya və İrana tətbiq etdiyi sanksiyalara qarşı ölkəsinin mövqeyini açıqlayıb.
"Azərbaycanın sosial-iqtisadi inkişaf proseslərində məşğulluq amili daim ön planda dayanır"
"Azərbaycanın sosial dövlət statusunu xarakterizə edən amillərdən biri də sosial-iqtisadi inkişaf proseslərində məşğulluq amilinin daim ön planda dayanmasıdır. Dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkədə uğurlu iqtisadi şaxələndirməyə şərait yaratmaqla, əmək bazarında da inkişaf meyillərinə, əmək resurslarının məşğulluğuna yönələn kompleks tədbirlərin həyata keçirilməsinə təminat yaradıb".
"Polisəm" deyib, internetdə tanış olduğu qadını barda "soydu": oteldə sevgilisi ilə...
Antalyada çoxdan axtarışda olan qatı cinayətkar Əhməd Aslaner tutulub. 49 cinayət əməlinə görə barəsində həbs qərarı çıxarılan Arslanerin nəfsi bu dəfə başında çatlayıb. Son cinayət əməli 18 iyul axşamı saat 23:00 radələrində baş verib. Özünü polis olaraq təqdim edən Əhməd Arslaner, internetdən tanış olduğu E.Ü. ilə barda görüşüb. Barda Əhməd Arslanerlə bir müddət spirtli içki qəbul edən qadın, tualetə getmək üçün masadan ayrılıb. Bunu fürsət bilən Əhməd Arslaner iddiaya görə 40 yaşlı qadının çantasından ev və avtomobil açarı, sənədləri, şəxsiyyət vəsiqəsini, mobil telefon və 170 TL-sini götürüb, bardan çıxıb.
ABŞ-ın Rusiyadakı səfiri XİN-ə çağırıldı
ABŞ-ın Rusiyadakı səfiri Con Tefft bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya XİN xəbər verib. Məlumata görə, amerikalı diplomat nazirliyə dəvət olunub və ona XİN-in bəyanatı təqdim edilib. Bəyanatda Amerika diplomatlarına münasibətdə Rusiya tərəfinin cavab tədbirləri, eləcə də müvafiq diplomatik xəbərdarlıq notaları əks olunub.
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ali mükafatına layiq görüldü
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın yalnız dövlət xadimlərinə, prezident və baş nazirlərə təqdim olunan ən önəmli mükafatı - "Beynəlxalq İsa bəy İshakoviç 2017" mükafatına layiq görülüb.
Yerli istehsalın dəstəklənməsində müəssisələrarası əlaqələrin rolu
İyulun 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Yerli istehsalın dəstəklənməsi istiqamətində müəssisələrarası əlaqələrin qurulması” mövzusunda tədbir keçirilib.
Nazirlik istehlakçılara xəbərdarlıq etdi
Yay mövsümündə havaların qızması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir.
Albaniyada restoranda PARTLAYIŞ - 20-dən çox yaralı
Albaniyanın şimal-qərbində restoranda güclü partlayış baş verib. Partlayış qaz balonunun partlaması nəticəsində baş verib. İnsident nəticəsində 20-dən artıq adamın müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yaralılardan 5 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən iclasda əvvəlcə MSK-nın 21 iyul 2017-ci il tarixli protokolu təsdiq edilib. İclasda həmçinin bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. Daha sonra cari məsələlərə baxılıb.
Dinşünaslıq ixtisasına qəbul dayandırıldı
Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına tələbə qəbulu dayandırılıb. Universitetdən “Olaylar” – a bildirilib ki, fakültənin bakalavr və magistratura səviyyəsinin müvafiq ixtisaslarına qəbul davam edir. Lakin 2017/2018-ci tədris ili üçün İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb. İxtisasın magistr pilləsi üzrə qəbulu isə bu il də olacaq.
Musa Quliyev: Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır
“Ölkənin iqtisadi gücünün davamlı olaraq artması və daxili sabitliyin yüksək səviyyədə təmin olunması sosial sferanın inkişafı baxımından xüsusi ilə aktuallıq daşıyır”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, məhz sabit cəmiyyətlərdə ölkənin resurslarından, iqtisadi potensialından insanların mənafeyi naminə səmərəli şəkildə istifadə olunur.
Azərbaycan Qlobal Sosial Biznes Sammitinə dəvət olunub
28-29 iyul tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun təşəbbüsü ilə “7-ci Sosial Biznes Günləri” adlı beynəlxalq konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Səbuhi Hüseynov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və təşkilatın vitse-prezidenti Ramil Əzizovdan ibarət nümayəndə heyəti iştirak edib.
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, D.Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.
Azərbaycan inkişaf etmiş sosial dövlətə çevrilib
Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilmişdir. Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, ölkədə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin əsasını təşkil edir. Etiraf edilməlidir ki, son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət uğurlu olub. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsinə baxmayaraq Azərbacanda manatın məzənnəsinin sabit saxlanmasına nail olunub.














