Gündəm
Yayda dəriyə QULLUQ QAYDALARI
Yayda dəriyə yay meyvələri ilə qulluq etmək məsləhətdir. Yay meyvələri dəriyə arzuladığımız təbii gözəlliyi bəxş edəcək.
Sarımsaq qida zəhərlənməsi riskini azaldır
Sarımsağın tərkibindəki birləşmə “campylobacter” adlanan və zəhərlənmə əmələ gətirən geniş yayılmış bakteriyalarla antibiotiklərin iki tipindən 100 dəfə daha səmərəli mübarizə aparır. Alimlərin fikrincə, bu kəşf qida zəhərlənmələrinin müalicəsində yeni qapı aça bilər.
Stress kariesin yaranma səbəblərindən biridir
Məlumata görə bir çox xəstəliyin səbəbi olan stress, diş əti problemlərinə və kariesə imkan yaradır. Türkiyənin Diş Həkimliyi sahəsində fəaliyyət göstərən fakültəsi bildirib ki, bu problemin həllinə uşaq yaşlarından başlamaq olar. Sağlamlıq baxımından tətbiq edilən bu sadə prosedur fərdi ağız və diş baxımına, karies, diş əti problemlərinə təsirlidir.
Çap mediada gənclərin iştirakına həsr edilmiş dəyirmi masa
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Humanitar Araşdırmalar İctimai Birliyi “Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması” adlı layihə çərçivəsində “ Çap mediada gənclərin iştirakı: əsas istiqamətlər və maraq dairələri” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirib. Dəyirmi masada millət vəkilləri, alimlər, jurnalistlər və gənclər iştirak ediblər.
Yedikcə aclıq hissini artıran qidalar
Tort və xəmirdən hazırlanmış qida məhsulları: Səhərlər kruasan yeyirsiz. Yarım saat keçməmiş elə aclıq hiss edirsiz ki, sanki heç nə yeməmisiz. Bunun səbəbi ağ şəkərlə undan hazırlanmış sadə karbohidratların lifli olmaması və çox az miqdarda vitaminə malik olmasıdır. Bu qəbildən olan qidaları qəbul etdikdə orqanizmdəki insulində sürətli bir artım əmələ gəlir və bununla yanaşı şəkər çatışmazlığı yaranır. Bu səbəbdən də qısa müddət ərzində özünüzü ac hiss etməyə başlayırsız.
Məşhur qadın atleti zorlamaq istədilər - "Əlini şortuma salmağa çalışdı..."
Bodrumda məşq edən atleti 40 yaşlı S.K.A. avtomobillə ona yaxınlaşan bir adamın ona cinsi təavüz etdiyini bildirərək, polisə şikayət edib. Almaniyada yaşayan və yaz aylarını Bodrumdakı bağ evində keçirən evli və 2 uşaq anası S.K.A. dünən saat 07:30 radələrində sözügedən olayın baş verdiyini deyib. Məşhur türk atlet ona yaxınlaşan şəxsin əlini şortuna salmağa çalışdığını və bu məqamda müqavimətlə qarşılaşdığı üçün hadisə yerindən uzaqlaşdığını sözlərinə əlavə edib.
Uşaqları ilə birgə intihar edən gəlinin qayınanası PROKURORLUQDA
Şəmkirin Zəyəm qəsəbəsində baş vermiş intihar hadisəsilə bağlı cinayət işi başlanıb. Məlumata görə, Mahmudova Pərvanə İlqar qızının iki azyaşlı övladı-Mahmudov Sənan Nəsrəddin oğlu və Mahmudova Səma Nəsrəddin qızını öldürmək həddinə çatdırması ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar) maddəsilə cinayət işi başlanıb. Hüquq mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, başlanan cinayət işi ilə əlaqədar zəruri istintaq tədbirləri həyata keçirilir, şahid ifadələri alınır.
Pul üstündə əvvəl valideynlərini, sonra üstü açılmasın deyə, 17 qonşusunu qətlə yetirdi
Çinin Yünnan əyalətində Yanq Çinqpey adlı şəxs borc pul vermədikləri üçün valideynlərini bel vasitəsilə vəhşicəsinə qətlə yetirib. Törətdiyi cinayətdən şoka düşən Yanq aralarında 4-ü azyaşlı olmaqla, 17 qonşusunu da öldürüb.
60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi"
Avropa İttifaqının son illər qarşılaşdığı bir sıra ciddi problemlər bu təşkilatın taleyi ilə bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər.
“Əvvəllər məcburi köçkün problemə görə gəlirdisə, indi minnətdarlıq etməyə gəlir"
Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunub.
Ucarda avtomobil yolunun tikintisinə 2,7 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Roma" prezidenti: "A Seriyasında dəli olan yeganə klub "Milan"dır"
"Roma"nın prezidenti Ceyms Palotta bu yay yeni futbolçulara 210 milyon avro sərf edən "Milan"ın transfer siyasətini tənqid edib. Amerikalı biznesmen bunları deyib: "UEFA-nın "Fiancial Fair play" qaydaları ucbatından bizdə qarışıqlıq hökm sürür. Nəzə almaq lazımdır ki, əvvəlki rəhbərlikdən qalan borcarı biz ödəməli olmuşuq.
MŞ-nın Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Mətbuat Şurasından verilən xəbərə görə, komissiya sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Fransalı jurnalistlər Mətbuat Şurasında olublar
Bu gün fransız jurnalisti və yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon və köməkçisi Sommer Nikolas Azərbaycan Mətbuat Şurasında olub.
Türkiyədə yayılan Koksaki virusu Azərbaycanda qeydə alınıbmı?
Azərbaycanda indiyədək Koksaki virusuna yoluxma halı qeydə alınmayıb. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.














