Gündəm

Azərbaycanda ali məktəblərə ixtisas seçimi başladı

29 İyul 2017 09:21

Bu gündən 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I – V) üzrə ixtisas seçimi başlayıb. İxtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız bu müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq. I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

Jurnalistika ixtisasına qabiliyyət imtahanı keçirilir

29 İyul 2017 09:18

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir. Bu mərhələdə 2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcəklər. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

Ağ Ev aparatına yeni rəhbər

29 İyul 2017 09:17

ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin edib. Bu barədə Tramp  öz “Twitter” səhifəsində bildirib. “General Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin etdim. Bu barədə sizləri məlumatlandırmağa şadam”, - deyə o yazıb.

Çaylarda son durum

29 İyul 2017 09:13

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Nazirlikdən "Olaylar" - a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin çaylarda apardığı monitorinq nəticəsində qeyd edilib. Hazırda Qıraqkəsəmən məntəqəsində su sərfi 77 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 117 m3/s təşkil edərək ongünlük normanın 133 faizinə bərabər olub.

Yeni süni intellekt təxəyyüldən istifadə edəcək

28 İyul 2017 20:20

“DeepMind” şirkəti sonrakı hərəkətlərin planlaşdırılması üçün öz təxəyyülündən istifadə edən yeni süni intellekt yaradıb.

"Analar qızını ərə vermək üçün nələr edir" - Səidə

28 İyul 2017 20:10

Yaxşı əl qabiliyyətim olsa da, ərə getməyənlər sırasındayam. İndi qızlar dəhşətdir, ərə getməyə can atırlar. 20 yaşında qız 30-40 yaşında kişiyə ərə gedir".

Kiberidmançıların minimal əmək haqları artır

28 İyul 2017 20:05

Kiberidmançı peşəsi ildən-ilə nüfuz qazanır. Kiberidmanın inkişafı və populyarlaşması ilə bu sahəyə vəsait qoyuluşu daim artır ki, bu da peşəkar oyunçuların qazancına müsbət təsir göstərir.  

“GoPro QuikStories” videonu avtomatik ötürəcək

28 İyul 2017 19:55

"GoPro" şirkəti qısa videoların yaradılması və onların sosial şəbəkələrdə dərc edilməsi üçün nəzərdə tutulan yeni "QuikStories" funksiyasını təqdim edib.

Smartfon istehsalında 7 faiz artım qeydə alınıb

28 İyul 2017 19:50

Cari ilin ikinci yarısında dünyada smartfon istehsalı əvvəlki rüb səviyyəsində qalıb. Bu barədə “TrendForce” tədqiqat şirkətinin hesabatında deyilir.

İki “Apple” qurğusunun istehsalı dayandırılır

28 İyul 2017 19:45

ABŞ-ın “Apple” şirkəti “iPod shuffle” və “iPod nano” rəqəmli musiqi pleyerlərinin istehsalını dayandıracaq. Bu barədə şirkətin bəyanatında deyilir.   

Uzun sürən yuxu insanın kökəlməsinə imkan vermir

28 İyul 2017 19:40

Gündə doqquz saat və daha çox çəkən yuxu orqanizmi genetik piylənməyə meyilli olmaqdan qoruyur. Vaşinqton Universitetinin mütəxəssislərinə görə, uzun sürən yuxu insanın artıq kiloqramlar yığmasına imkan vermir.

Diqqət: Gərəksiz yerə vitamin qəbulu təhlükəlidir

28 İyul 2017 19:34

Uşaqlara gərəksiz yerə vitamin vermənin səhv olduğu bildirilir. Sağlam, yaxşı qida ilə təmin olunan uşaqda vitamin əksikliyi olmaz, bu səbəbdən gərəksiz vitamin istifadəsində yağda əriyən vitaminlər (A, D, E, K) bədəndə yığılır və xəstəliyə səbəb ola bilər. Məlumata görə gərəksiz istifadə edilən vitamin damar sərtliyi əmələ gətirir.  Vitaminlərin əksəriyyəti reseptsiz və şüursuz şəkildə istifadə edildiyini ifadə edən bir sıra mütəxəssislər, gərəksiz vitamin qəbulunun damar sərtliyi riskini artırdığını bildirirlər. Məlumatda oda bildirilir ki, aparılan araşdırmalar cəmiyyətdə ən çox A, C və E vitaminini istifadə olunduğunu üzə çıxarıb.

Tuba Büyüküstünə keçmiş həyat yoldaşından böyük ŞOK!

28 İyul 2017 19:30

Məşhur aktrisa Tuba Büyüküstün və Onur Saylakın arasında gərginlik davam edir. Onur Saylak keçmiş həyat yoldaşının özündən 9 yaş kiçik iş adamı ilə sevgili olmasına münasibət bildirib. Bu günə qədər səssiz qalan aktyor dünən sosial şəbəkədə əkiz qızları Maya və Torpaqla şəkillərini paylaşıb. Bundan başqa Onur Saylak həyat yoldaşı Tuba Büyüküstünü insatqramda dostluq siyahısından çıxarıb.

Ən xeyirli yay meyvələri

28 İyul 2017 19:25

Yay aylarında insanın iştahası azalır. Yağlı yeməklərin yerini isə salatlar və meyvələr alır. Yay meyvələrinin insan orqanizminə faydalarını isə saymaqla bitməz.