Gündəm
Restoranda yanğın
Bakıda yanğın hadisəsi qeydə alınıb. Bakının Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m2 olan ikimərtəbəli restoranın 1-ci mərtəbəsinin girişində asma tavanın altından keçən elektrik kabeli 8 p.m yanıb.
Şəkidə seminar-müşavirə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhəri İcra hakimiyyətində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidmətinin və Şəki Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon yerli icra hakimiyyətləri orqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələri iştirak edib.
Türkiyədən XƏRƏBDARLIQ
Türkiyənin Xarici İşlər Nazirliyi Şimali Koreyanın ballistik raket sınağı həyat keçirməsini sərt şəkildə qınadığını açıqlayıb. Nazirlik Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu deyib: “Koreya Demokratik Xalq Cümhuriyyətinin 28 iyul 2017-ci il tarixində gerçəkləşdirdiyi ballistik raket sınağını şiddətlə qınayırıq. Bir ay içində iki dəfə sınaq keçirən Şimali Koreya BMT-nin qərarlarını açıq şəkildə pozur və beynəlxalq öhdəliyi gözardı edir”.
Uşaqların anaları tapıldı
Bir ay əvvəl öz nənələri tərəfindən küçədə tərk edilən 3 uşağın anası Kərimova Xəyalə artıq tapılıb. Ana Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə gəlib və orada ərizəsi alınıb. Maraqlıdır ki, nənə öz qızını qız isə anasını günahkar sayır. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədr müavini Vasif Akiflinin “Olaylar” – a verdiyi məlumata əsasən həmin gündən uşaqları küçədə sahibsiz atan nənə və ana ilə bağlı axtarışlar davam edirilidi. “Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV ilə birgə apardığımız işin nəticəsi olaraq artıq ana taplıb və sığınacağa gətirildi. 7 ayda bir dəfə də olsun uş uşaqlarından xəbəri olmayan "ana"nın göz yaşı mənə inandırıcı belə gəlmir!” – deyə, vasif bəy qeyd edib.
Mühacir şairin şeir toplusu təqdim edildi
AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə Güney Azərbaycan mühacir şairi Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm” adlı kitabının təqdimatı keçirilib. Kitabxanadan "Olaylar" - a bildirilib ki, kitabın ön sözünün müəllifi, tərtib edəni və nəşrə hazırlayanı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Güney Azərbaycan ədəbiyyatının, Məhəmmədhüseyn Şəhriyar poeziyasının araşdırıcısı, müxtəlif elmi qurumlarının üzvü Esmira Fuad əvvəlcə müəllif haqqında məlumat verib. Hadi Qaraçayı Güney Azərbaycanda və bütün Türk dünyasında tanınıb sevilən şair, milli ruhun daşıyıcısı kimi xarakterizə etdi.
“Nar bağı” mükafatlara layiq görüldü mükafatlara layiq görüldü
Kinorejissor və kinossenarist İlqar Nəcəfin “Nar bağı” bədii filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Kinostudiyadan "Olaylar" - a bildirilib ki, Qurban İsmayılov “Ən yaxşı kişi rolu” mükafatına, film isə “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb. Film festivalın əsas müsabiqə proqramında təqdim olunub. “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Fələstin prezidenti xəstəxanalıq oldu
İvanovkada I beynəlxalq elmi-praktiki seminar
İyulun 28 - də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə İsmayıllı rayonunun İvanovka kəndində “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktiki seminar” keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, seminar iştirakçilarını salamlayan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, N.Nikitin adına kolxozun sədri Vasiliy Novoseltsev, Mədəniyyət və Turizm Nazirliyinin kollegiya katibi Tahirə Əliyeva, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov tədbirin beynəlxalq təcrübə mübadiləsində xüsusi əhəmiyyətindən danışıblar.
İmtahanın cavabları açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının izahı açıqlanıb.
İki qadın yük maşınının altında qaldı - Qubada
Quba rayonunda iki qadın yük maşınının altında qalıb. İyulun 28-də saat 20 radələrində Quba rayonunun Digah kəndi ərazisində kənd sakini Rahib Vəliyev idarə etdiyi "KAMaz" markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gələrək kənd sakinləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı əzib. Nəticədə B. Atluxanova hadisə yerində ölüb, S. Tahirova xəstəxanaya yerləşdirilib.
Bətnindəki sıxıntını çəkirəm, ana... Türkan Zamanovanın yeni şeirləri
İŞİD-in 7 lideri öldürüldü
Vaşinqton yeddi İŞİD liderinin öldürüldüyünü bəyan edib. Öldürülənlər arasında Suriya və İraqdakı terrorçuların bir sıra yüksək vəzifəli təbliğatçıları və əlaqələndiriciləri var. Birləşmiş Əməliyyat Qrupu nümayəndələrinin sözlərinə görə, bu terrorçuların zərərsizləşdirilməsi İŞİD-in təbliğat fəaliyyətini, həmçinin terrorçuların maliyyələşdirilməsi yollarını pozur. Qrup əməkdaşları bu terrorçuların öldürüldüyünü bildiriblər:
İstrahət mərkəzində yanğın
Gecə saatlarında Göygöl rayonunun Toğanalı kəndində yerləşən istrahət mərkəzində yanğın baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 3000 m2 olan istrahət mərkəzinin mətbəxinin yanar konstruksiyaları 150 m2, 2 ədəd "Beko" markalı vitrin və 1 ədəd "Orsk" markalı soyuducu yanıb.
Türkiyəyə gedənlərin nəzərinə: Baqajla bağlı YENİLİK
Türkiyə aeroportlarında baqajların qəbulunda yeni sistemin tətbiqinə başlanılıb. Yeni sistem aeroportlarda sərnişinlərin qeydiyyatdan keçmə prosesini sürətləndirəcək. Qeyd edək ki, ilk dəfə bu trend Atatürk Hava Limanında tətbiq olunub. Bu texnologiya zamanı sərnişinlər çemodanlarını sərbəst şəkildə özləri baqaja təhvil verə biləcəklər.
Masallıda qəza: sürücü öldü
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı magistral yolunun 16-cı kilometrliyində Masallı rayon ərazisində “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərədən aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.




.jpg)

.jpg)







