Gündəm

Məktəbəhazırlıq qruplarında məşğələlərin başlayacağı tarix AÇIQLANDI

31 İyul 2017 11:10

2017/2018 dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. BŞTİ-nin sektor müdiri İlhamə Abdullayeva bildirib ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. O deyib ki, 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Sektor müdiri qeyd edib ki, məktəbəhazırlıq qruplarının 770-i Azərbaycan, 166-ı rus bölmələrinin payına düşür.

Türkiyə İraqın şimalını bombalayır

31 İyul 2017 11:07

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK mövqelərini bombalayır. Bu barədə Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının məlumatında qeyd olunur. 

Tarix yazmaq şansı

31 İyul 2017 11:06

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.  Azərbaycan çempionu "Qarabağ" növbəti avrokubok sınağına çıxacaq. Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu "Şerif"in qonağı olacaq. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələrini səfərdə qollu heç-heçə də qane edir. Mərhələ keçmək, bunu oyunu penaltilər seriyasına daşımadan gerçəkləşdirmək üçün "Qarabağ" mütləq qol vurmalıdı. Cari mövsüm keçirdiyi 3 oyunda 6 qol vuran təmsilçimizin məhsuldarlığı Tiraspolda uğura ümid etməyə əsas verir.

Azərbaycanda ögey atanın zorladığı uşaqların ifadələri – TƏFƏRRÜAT

31 İyul 2017 11:04

Şəkidə 3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpərdən cinayət əməli barədə məlumat vermişdik. 3 azyaşlı uşağı uzun illlərdir ki, zorlayan şəxs onların ögey atası idi. Bu dəhşətli cinayət əməlinin yeni təfərrüatlarını əldə edib.  Azyaşlılara qarşı iyrənc əməlləri törədən 1973-cü ildə Şəki şəhərində anadan olan Nurəli Səlimovun cinayət işinə qapalı məhkəmə iclasında, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Putindən qəti qərar “755 ABŞ diplomatı Rusiyanı tərk etməli olacaq”

31 İyul 2017 11:03

ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq. Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Atatürkün büstünə hücum etdilər

31 İyul 2017 10:55

Türkiyənin Şanlıurfa əyalətində Mehmet Malbora adlı şəxs Mustafa Kamal Atatürkün heykəlinə oraq aləti ilə zərər verməyə çalışıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, səyyar satışla məşğul olan Mehmet İslam dini qaydalarında bütpərəstliyə yer olmadığını səbəb gətirərək Atatürkün heykəlini parçalamaq istəyib. O, heykəlin yanına çıxaraq “Dinimizdə bütpərəstliyə yer yoxdur. Bütpərəstliyə sahib çıxanlar peyğəmbərin soyundan deyil”-, deyə qışqırıb.

Universitetdə yeni layihə

31 İyul 2017 10:45

 2017-2018-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni bir layihə həyata keçiriləcək. Universitetdən “Olaylar” - a bildirilib ki, ADU-da təhsil alan tələbələrlə kütləvi informasiya vasitələri arasında əlaqə qurmaq, onların KİV-də praktik biliklər əldə etməsi məqsədilə həyata keçiriləcək “Təcrübədən əvvəl təcrübə” layihəsi çərçivəsində tələbələr istehsalat təcrübəsi dövründən əvvəl də qəzet redaksiyalarında, informasiya agentliklərində, saytlarda təcrübə keçmək şansı qazanacaqlar. Bu, universitetin KİV-lə əlaqələrinin möhkəmlənməsində tələbələrin də birbaşa iştirakına imkan verəcək.

ABŞ-ın Bakıdakı səfirliyinə HUCUM

31 İyul 2017 10:20

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib. Naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb. Nəsimi rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib.

Culian Barnsın məşhur romanı Azərbaycan dilində

31 İyul 2017 10:18

Məşhur ingilis yazıçısı Culian Barnsın 2011-ci  dünyanın ən nüfuzlu ədəbiyyat ödüllərindən sayılan “Buker” mükafatına layiq görülmüş “Aqibət duyğusu” romanı Azərbaycan dilində çap edilib. Kitabın tərcüməçisi “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Kitab “TEAS Press Nəşriyyat evi” tərəfindən çap edilib. Culian Barns məşhur ingilis yazıçısı, esseisti və ədəbiyyatşünası, postmodernist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biridir. 1946-cı il, yanvarın 19-da İngiltərənin mərkəzi hissəsindəki Lester şəhərində doğulub. 1957-1964-cü illərdə London Şəhər məktəbində, sonra isə Oksford Universitetinin “Maqdalena” kollecində, müasir Qərbi Avropa dillər üzrə fakültədə oxuyub. 1968-c i ildə universiteti fərqlənmə ilə bitirən Culian Barnsın ilk bədii yazıları əsasən “Dən Kavana” təxəllüsü ilə nəşr etdirdiyi detektiv tipli hekayələr olub. Barns bir ara həyat yoldaşı Pət Kavananın soyadını özünə təxəllüs götürmüşdü.

5,7 bal gücündə zəlzələ

31 İyul 2017 09:29

Kuril adalarında 5,7 bal gücündə zəlzələ baş verib.  ABŞ Geoloji xidməti bildirir ki, yeraltı təkanlar UTC vaxtı ilə 21.00 radələrində qeydə alınıb. Zəlzələnin episentri Kurilsk şəhərindən 262 kilometr şərqdə Uturup adasında yerləşib. Zəlzələnin ocağı 86 kilometr dərinlikdə olub.

"Daha yaxşı bir dünya xəyal et" adlı müsabiqə

30 İyul 2017 16:38

Avropa Birliyinin nümayəndə heyəti "Xəyal et Avropa Tolerantlıq" festivalı çərivəsində Azərbaycanda "Daha yaxşı bir dünya xəyal et" adlı video və foto müsabiqə təşkil edir. Azərbaycan Fotoqraflar Birliyindən "Olaylar" - a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd gənc film tərtibatçıları və fotoqrafların öz işləri vasitəsiylə tamaşaçıları ictimai məsələlərə və problemlərə dair daha geniş formada məlumatlandırmaqdır. Qeyd olunmuş mövzudan uzaq olan, eyni zamanda zorakılıq, pornoqrafiq və siyasi xarakter daşıyan foto və videolar müsabiqədən kənarlaşdırılacaq. Fotoraflar Birliyinin rəhbəri Mirnayib Həsənoğlu müsabiqə haqqında qısa məlumat verərkən qeyd etdi ki, müsabiqə iyul ayında müxtəlif media kanalları və sosial şəbəkələr vasitəsi ilə elan olunacaq.

Somalidə PARTLAYIŞ

30 İyul 2017 16:01

Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub. "Olaylar"  "Miliyyet" - ə istinadən bildirir ki, paytaxtın insanlarla sıx küçəsində içərisində partlayıcı qurğu olan avtomobil partladılıb. Partlayışın səbəbləri məlum deyil. Agentliyin bildirdiyinə görə, partlayış baş verən ərazidə qatı tüstü müşahidə olunur.

“YARAT” -da görüş olacaq

30 İyul 2017 09:46

Avqustun 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Xalq Artisti Fəxrəddin Manafovla görüş keçiriləcək. Milli Kino Gününə həsr edilmiş görüşdə kinomuzun bugünkü vəziyyəti, habelə bu sahədə maraq doğuran digər mövzular müzakirə ediləcək. Həmin gün qonaqlar aktyorun rol aldığı “Təhminə” filmini izləyəcəklər. Ekran əsərinin nümayişindən sonra filmdəki ssenari və cərəyan edən hadisələr birlikdə təhlil olunacaq.

22 min insan təxliyə edildi

30 İyul 2017 09:42

İspaniyanın Barselona şəhərində "Tomorrowland Unite" festivalında yanğın səbəbi ilə 22 minə yaxın insan təxliyə edilib. Sosial şəbəkələrdə yayılan videolarda yanğının əsas səhnədə baş verdiyi görünür.

Tanınmış güləşçi öldürüldü

30 İyul 2017 09:40

Rusiyanın tanınmış güləşçisi Yuri Vlasko öldürülüb. 20 yaşlı idmançının cəsədi Baykal gölünün sahilində yerləşən Qoryaçinska kəndinin yaxınlığında tapılıb. Meyidin üzərində zorakılıq əlamətləri olub. Polis hadisəylə bağlı araşdırmalara başlayıb.