“YARAT” -da görüş olacaq
Avqustun 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Xalq Artisti Fəxrəddin Manafovla görüş keçiriləcək. Milli Kino Gününə həsr edilmiş görüşdə kinomuzun bugünkü vəziyyəti, habelə bu sahədə maraq doğuran digər mövzular müzakirə ediləcək. Həmin gün qonaqlar aktyorun rol aldığı “Təhminə” filmini izləyəcəklər. Ekran əsərinin nümayişindən sonra filmdəki ssenari və cərəyan edən hadisələr birlikdə təhlil olunacaq.
30 İyul 2017 09:46 İncəsənətAvqustun 2-də "YARAT" Müasir İncəsənət Mərkəzində Xalq Artisti Fəxrəddin Manafovla görüş keçiriləcək. Milli Kino Gününə həsr edilmiş görüşdə kinomuzun bugünkü vəziyyəti, habelə bu sahədə maraq doğuran digər mövzular müzakirə ediləcək.
Həmin gün qonaqlar aktyorun rol aldığı "Təhminə" filmini izləyəcəklər. Ekran əsərinin nümayişindən sonra filmdəki ssenari və cərəyan edən hadisələr birlikdə təhlil olunacaq.
Qeyd edək ki, görüşdə hər kəs iştirak edə bilər.