Gündəm
"İşimə federasiya tərəfindən son verildi"
Türkiyə millisinin sabiq baş məşqçisi postundan öz xoşu ilə getmədiyini bildirib. Tvitter hesabından açıqlama verən təcrübəli mütəxəsis federasiyanın onu istefaya göndərdiyini qeyd edib. "3.5 il çalışdığım Türkiyə Futbol Direktoru vəzifəsindən özüm getmədim. Daha dəqiq yazsam, işimə TFF tərəfindən son verildi.
Daha 159 dövlət əmlakının özəlləşdirilməsi planlaşdırılır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 29-u keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 159 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 64-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir.
11 terrorçu təslim oldu
Türkiyə Daxili İşlər Nazirliyi 24-31 iyul tarixlərində ölkə daxilində həyata keçirilən anti terror əməliyyatları ilə bağlı açıqlama yayıb. “Olaylar” Türk medisına istinadən bildirir ki, aparılan əməliyyatlar zamanı 17 terrorçu öldürülüb, 7 terrorçu sağ halda ələ keçirilib.
2890 manat məbləğində cərimə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Olaylar” – a bildirib ki, nazirliyin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Pepe debüt etdi
"Beşiktaş" İspaniyadakı son hazırlıq matçını İspaniyanın "Real Betis" komandası ilə etdi. Ağ-qaraların" yeni transferi Pepe ilk oyununa çıxıb. Düşərgəyə gec qatılmasına baxmayaraq Ricardo Quaresma da meydana əsas heyətdə daxil olub.
Şəhid uşaqlara abidə qoyulsun
Bir xalq keçmiş tarixini unudarsa, gələcəyini də unudacaqdır! Bu real həqiqətə işarə olaraq, 24 aprel 1992-ci il tarixdə keçmiş Ali Sovetinin binası qarşısında Heydər Əliyevin "yaş senzi" ilə əlaqədar keçirdiyimiz tarixi mitinqdə Azərbaycanı parçalamağa, onu Qafqazın siyasi xəritəsindən silməyə çalışan güclü düşmənin qanlı siyasətini xalqımıza çatdırarkən bəyan etdim ki, qarşıdan bəlalı XXI əsr gəlir, hansı xalq XXI əsrə yuxulu girsə, ölü çıxacaqdır.
Fransalı məşqçi Türkiyə millisinə gələ bilər
"PSJ"nin sabiq baş məşqçisi Loran Blan Türkiyə millisinə rəhbərlik edə bilər. 51 yaşlı mütəxəsis artıq Türkiyə Futbol Federasiyasından təklif alıb. Mənbənin məlumatına görə, ötən həftə TFF prezidenti Yıldırım Demirören Parisdə fransalı mütəxəsislə danışıqlar aparıb. Yerli məşqçilərdən isə Mustafa Denizli bu posta əsas namizədlərdən biridir. Blan 2016-cı ilin yayından bəri işsizdir.
"Adam nankor olmaz, Rəsul!"
"Neftçi İdman Klubu" "cocuq" vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu, Rəsul Çunayevlə bağlı Facebook hesabında öz fikrini bildirib: "Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi "Neftçi İdman Klubu" haqqında mətbuata yalan açıqlama verib.
Rusiya ilə ABŞ-ın Koreya arzusu
“Rusiya Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi problemini sülh yolu ilə həll etmək üçün Amerika Birləşmiş Ştatları ilə işbirliyi etməyə hazırdır”. Bu sözləri Rusiyanın xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib. O, bildirib ki, Rusiya ABŞ-ın hazırkı rəhbərliyi, xarici işlər naziri Reks Tillerson və komandasındakı hər kəslə birlikdə işlər görməyə hazırdır: “ABŞ və müttəfiqləri mövcud vəziyyətin daha da gərginləşməməsi üçün addım atmalıdır. Düşünürəm ki, bu mövzudakı işbirliyimiz rəsmi Pyonqyanq tərəfinin də diqqətini çəkəcək.
ABŞ-da avtomobil 8 nəfəri vurub
ABŞ-ın Los-Anceles şəhərində avtomobil insaları vurduqdan sonra azı 8 nəfər xəsarət alıb. Bu haqda şəhərin təcili yardım xidmətinin tabe olduğu dövlət yanğından mühafizə idarəsi xəbər verib. Məlumata görə, hadisə bazar günü yerli vaxtla saat 15:47 radələrində Mid-Uilşir şəhərçiyində baş verib.
Lənkəranda 6 günlük körpə niyə öldürülüb - “Bu onun 4-cü qızı idi”
Lənkəran rayon Mərkəzi Xəstəxanası 6 günlük körpənin öldürülməsinə aydınlıq gətirib. Xəstəxanadan daxil olan məlumata görə, 1989-cu il təvəllüdlü, Darquba kənd sakini Valiyyə Rzayeva İsfəndiyar qızı iyulun 25-də doğum şöbəsinə daxil olub: “Keysəriyyə yolu ilə onun ikinci uşağı dünyaya gəlib. Bu Valiyyənin 4-cü hamiləliyi idi. Birinci qızı doğulandan sonra iki uşaq abort etdirib. Onlar da qız olub. 4-cü dünyaya gələn qız uşağının çəkisi 4 kilo 300 qram idi. Özü də çox sağlam. Biz əhvalatı bu gün eşitmişik və olanlardan dəhşətə gəlmişik”.
14 nəfər ildırım vurması nəticəsində ölüb
Hindistanın Orissa ştatında ildırım vurması nəticəsində azı 14 nəfər həlak olub, 6 nəfər xəsarət alıb. “Odisha Sun Times” agentliyi xəbər verir ki, Orissa ştatının şimal-şərq bölgələrində isə şiddətli qasırğa qeydə alınıb. Ən çox ölüm halı isə Bxadrok vilayətində qeydə alınıb – 5 ölü.
Moskvadan qalan qisas: Hacıqabuldakı qətlin təfərrüatları
Hacıqabulda beş nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları məlum olub. Hacıqabul Şəhər İcra Nümayəndəliyindən bildirilib ki, bir ailənin dörd üzvünü qətlə yetirən Mübariz Mehdiyev Moskvada yaşayırmış: “O, bir müddət öncə həbsdən çıxmışdı. Mübarizlə Qənbərovlar ailəsinin Moskvada yaşayan üvzü Natiq arasında illərdir ki, münaqişə vardı. Ona görə də Mübariz həbs olunmuşdu. Mübarizin qisas almaq istədiyi şəxs Moskavda yaşayır. Onların hər ikisi Moskva uşaqlarıdır. Bazarda alver edirdilər.
"Qalatasaray"lı müdafiəçidən uğursuz debüt
"Qalatasaray"dan "Sparta"ya keçən Semih Kayanın Çexiya çempionatındakı debütü uğursuz alınıb. Çempionatının ilk turunda "Bohemians"la matça (1:1) start heyətində başlayan müdafiəçi 45 dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.
Dəhşətli istilər gəlir
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az olacağı ehtimalı var.





.jpg)








