"Qalatasaray"lı müdafiəçidən uğursuz debüt

"Qalatasaray"dan "Sparta"ya keçən Semih Kayanın Çexiya çempionatındakı debütü uğursuz alınıb. Çempionatının ilk turunda "Bohemians"la matça (1:1) start heyətində başlayan müdafiəçi 45 dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.

Ayaq barmağı qırılan Semih bu zədə ücbatından 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Komandanın baş məşqçisi Andrea Stramaççoni də bunu təsdiqləyib. 26 yaşlı müdafiəçi "Cim bom"dan 2 milyon avroya "Sparta"ya transfer olmuşdu. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31