Gündəm

İlqar Muradov – “Müdrik Yarat”

31 İyul 2017 13:04

Avqystun 4 – də YARAT İncəsənət mərkəzində növbəti görüş keçiriləcək. Mərkəzin “Müdrik YARAT” layihəsinin  qonağı əməkdar artist İlqar Muradov olacaq. Mərkəz bu dəfə əməkdar artistlə birgə “Yaxşı yox, pis yox, sadəcə fərqli”  mövzusunda müzakirələr aparacaq.

Çin səfirliyinin hərbi attaşesi ADU – ya niyə gəldi?

31 İyul 2017 12:57

İyulun 31-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Azadlıq Ordusunun yaranmasının 90 illiyinə həsr olunan “Böyük İpək Yolunda sülh və təhlükəsizliyin təmin olunması” mövzusunda elmi seminar keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, iki ölkə arasında hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın perspektivləri və tarixi İpək Yolunun bərpasında ölkəmizin geostrateji rolundan söz açan Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru Nurulla Əliyev seminarda çıxış edərək ordunun modernləşdirilməsi və hərbi-sənaye kompleksinin inkişafında Çinin hərbi-siyasi prioritetləri, dünyanın müasir geosiyasi proseslərində Çinin iştirakı və bu ölkənin qədim hərb sənəti barəsində danışıb.

Paytaxtda məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

31 İyul 2017 12:54

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı mətbuat konfransı keçirilib.  Mətbuat konfransında BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva, ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və media nümayəndələri iştirak ediblər.

Evləri qarət edən dəstə üzvləri tutulub

31 İyul 2017 12:51

Oğurluqda şübhəli bilinən Kəpəz rayonunun Hacıkənd qəsəbə sakinləri Ruslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar.

“Bu, müharibə elanıdır” - Səudiyyə-Qətər BÖHRANI

31 İyul 2017 12:45

“Bu, Qətərin Səudiyyə Ərəbistanına müharibə elanıdır”. Bu barədə Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl Cubeyir deyib.

Türkiyədə müxalif deputat saxlanılıb

31 İyul 2017 12:43

Türkiyənin Batman vilayətində müxalif Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Ayşə Acar Başaran saxlanılıb. Polis onu Batman hava limanında Ankaraya yola düşərkən saxlayıb. Onun saxlanmasının səbəbi kimi məhkəmədə şahid qismində ifadə verməkdən imtina etməsi göstərilir.

Hava  küləkli, buludlu, yağmursuz keçəcək

31 İyul 2017 12:40

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək.

DİN 5 günlük körpənin quyuda ölməsi ilə bağlı məlumat yayıb

31 İyul 2017 12:29

Daxili İşlər Nazirliyinin (DİN) Lənkəranda yeni doğulan uşağın ölməsi faktı ilə bağlı məlumat yayıb.  DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 30-da saat 6:03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib. Həmin gün saat 6:31 radələrində Ş. Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğunu bildirib. Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb. 

Bakı çimərliklərində DƏHŞƏT: 1 gündə 6 nəfər öldü

31 İyul 2017 12:27

İyulun 30-da Bakı şəhərinin ətrafındakı çimərliklərdə 6 nəfər boğularaq ölüb. Dünən baş vermiş faciəvi hadisələri və ölən şəxslərin adlarını təqdim edir: Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Aslanov Habil Əli oğlu Qaradağ rayonu Səngəçal qəsəbəsindəki çimərlikdə boğularaq ölüb. Salyan rayon Qaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlu Şıxov çimərliyində dənizdə batıb. 1985-ci il təvəllüdlü Hüseyn Hadızadə Sabunçu rayonu Pirşağı çimərliyində suda boğulub Paytaxt sakini, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Kürdəxanı çimərliyində çimərkən boğularaq ölüb. Cəlilabad rayon sakinləri, 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu Goradil çimərliyində suda boğularaq ölüb.

"Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir"

31 İyul 2017 12:24

"Son illər ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastruktur layihələrinə xüsusi diqqət yetirilib. Əhalinin aztəminatlı, xüsusilə yoxsul təbəqəsinin və əlillərin problemlərinin həlli istiqamətində addımlar atılıb". Bunu  Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Raqif Abbasov: “Azərbaycan idmanında 20 ildə görülən işlər yüzilliklərə bərabərdir”

31 İyul 2017 12:22

“Bu gün dövlət başçımız İlham Əliyevin Milli Olimpiya Komitəsinə Prezident seçilməsinin 20 ili tamam olur. 1997-ci il ilə 2017-ci il arasında müqayisə aparanda ölkəmizdə idmanın yüksək inkişafını görməmək mümkün deyil. Azərbaycan idmanında 20 ildə görülən işlər yüzilliklərə bərabərdir”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Kamikadze səfirliyi hədəf aldı

31 İyul 2017 12:20

Əfqanıstanın paytaxtı Kabil şəhərində bir kamikadze özünə qəsd edib. Partlayış İraq səfirliyinin yaxınlığında baş verib. Kamikadzenin hədəfinin İraq səfirliyi olduğu bildirilir. Hadisə ilə bağlı Əfqanıstan rəsmiləri heş bir məlumat vermir. Bölgədə partlayış və silahlı qarşıdurmaların hələ də davam edir.

Azərbaycan snayperçiləri öz ustalıqlarını nümayiş etdirəcəklər

31 İyul 2017 12:16

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

SABAH qrupları  Almaniyada səfərdə olub

31 İyul 2017 12:17

Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin rəhbəri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdə olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfər zamanı nümayəndələr Halle şəhərində Halle-Vittenberq Universitetində görüş keçirib, əməkdaşlıq imkanlarını, Bakı Dövlət Universiteti və Halle Universitetinin İqtisadiyyat və Hüquq fakültəsi ilə birgə ikitərəfli hüquq üzrə fəlsəfə doktorluğu (PhD) proqramının təşkili məsələlərini müzakirə ediblər.