Evləri qarət edən dəstə üzvləri tutulub
Oğurluqda şübhəli bilinən Kəpəz rayonunun Hacıkənd qəsəbə sakinləri Ruslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar.
31 İyul 2017 12:51 KriminalOğurluqda şübhəli bilinən Kəpəz rayonunun Hacıkənd qəsəbə sakinləri Ruslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də şəhər ərazisindəki evlərdən birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıkənd qəsəbə sakinləri R.Qurbanov, M.Məmmədov, F.Qurbanov və E.Qılınc tutulublar.
Aparılan əməliyyat tədbirləri ilə onların mart-iyul ayları ərzində şəhər ərazisindəki 5 evdən məişət əşyaları və inşaat materialları, həmçinin 2015-2016-cı illər ərzində şəhər ərazisindəki 1 mağazadan və 1 evdən məişət əşyaları, inşaat materialları, tütün məmulatı və spirtli içki oğurlamaları da müəyyən edilib. Trend.az