Paytaxtda məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı mətbuat konfransı keçirilib.  Mətbuat konfransında BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva, ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və media nümayəndələri iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı mətbuat konfransı keçirilib.  Mətbuat konfransında BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva, ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və media nümayəndələri iştirak ediblər.

BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov qeyd edib ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək. O, bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müvafiq əmrinə əsasən, proses avqustun 1-dən sentyabrın 18-dək elektron sistemdə ərizələrin onlayn qeydiyyatı vasitəsilə aparılacaq: "Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək  həyata keçiriləcək".

BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva qeyd edib ki, məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Sektor müdiri deyib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək: "Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

Sektor müdiri onu da diqqətə çatdırıb ki, məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulunun tətbiqi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunur: "Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına uşaqların qəbuluwww.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2012-ci il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər". İlhamə Abdullayeva bildirib ki, məktəbəhazırlıq qruplarında məşğələlər dövlət hesabına aparılacaq".

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov onu da diqqətə çatdırıb ki, öz mənzilində elektron vasitələrdən, internetdən istifadə etmək imkanı olmayan valideynlər üçün Alternativ Qeydiyyat Mərkəzləri yaradılıb: "Bu məqsədlə 50 məktəbdə Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək. Onu da deyim ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31