Azərbaycan snayperçiləri öz ustalıqlarını nümayiş etdirəcəklər

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.

"Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Snayper həddi" müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,
yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, yarışlarda 17 ölkənin komandası iştirak edir. Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək  davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31