Xalq artisti mükafatlandırıldı
31 İyul 2017 13:02 Teatr və kinoKinematoqrafçılar İttifaqı builki "Milli Kino Mükafatı" sahibinin adını açıqlayıb. Azərbaycan kinosuna verdiyi töhfələrə görə xalq artisti, kinorejissor Vaqif Mustafayev "Milli Kino Mükafatı"na (2000 manat) layiq görülüb. Mükafat 2 avqust - Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirdə təqdim ediləcək.
Qeyd edək ki, Vaqif Mustafayev "Heydər Əliyev" çoxseriyalı filminin, tamaşaçıların rəğbətini qazanmış "Fransız", "Hər şey yaxşılığa doğru", "Milli bomba", "Yaramaz", "Yoxlama" və digər filmlərin rejissoru və ssenari müəllifidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31