Bakı çimərliklərində DƏHŞƏT: 1 gündə 6 nəfər öldü
İyulun 30-da Bakı şəhərinin ətrafındakı çimərliklərdə 6 nəfər boğularaq ölüb. Dünən baş vermiş faciəvi hadisələri və ölən şəxslərin adlarını təqdim edir: Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Aslanov Habil Əli oğlu Qaradağ rayonu Səngəçal qəsəbəsindəki çimərlikdə boğularaq ölüb. Salyan rayon Qaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlu Şıxov çimərliyində dənizdə batıb. 1985-ci il təvəllüdlü Hüseyn Hadızadə Sabunçu rayonu Pirşağı çimərliyində suda boğulub Paytaxt sakini, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Kürdəxanı çimərliyində çimərkən boğularaq ölüb. Cəlilabad rayon sakinləri, 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu Goradil çimərliyində suda boğularaq ölüb.
31 İyul 2017 12:27 Sosialİyulun 30-da Bakı şəhərinin ətrafındakı çimərliklərdə 6 nəfər boğularaq ölüb. Dünən baş vermiş faciəvi hadisələri və ölən şəxslərin adlarını təqdim edir: Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Aslanov Habil Əli oğlu Qaradağ rayonu Səngəçal qəsəbəsindəki çimərlikdə boğularaq ölüb. Salyan rayon Qaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Mübariz Cavad oğlu Şıxov çimərliyində dənizdə batıb. 1985-ci il təvəllüdlü Hüseyn Hadızadə Sabunçu rayonu Pirşağı çimərliyində suda boğulub
Paytaxt sakini, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Kürdəxanı çimərliyində çimərkən boğularaq ölüb. Cəlilabad rayon sakinləri, 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu Goradil çimərliyində suda boğularaq ölüb.
Qeyd edək ki, dünən hava şəraiti küləkli olub və dəniz dalğalı olduğundan suya girmək təhlükəli hesab edilib. Lent.az