"Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir"

"Son illər ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastruktur layihələrinə xüsusi diqqət yetirilib. Əhalinin aztəminatlı, xüsusilə yoxsul təbəqəsinin və əlillərin problemlərinin həlli istiqamətində addımlar atılıb". Bunu  Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Son illər ərzində sosial sahədə mövcud olan bir çox nöqsanların aradan qaldırıldığını deyən deputat qeyd edib ki, Azərbaycan İpoteka Fondunun yaradılması, ipoteka şərtlərinin asanlaşdırılması, əhalinin mənzil problemlərinin həlli üçün imkanların yaradılması, sosial evlərin tikintisinə başlanılması, əlillər üçün evlərin tikilməsi, jurnalistlərə evlərin paylanılması və digər məsələlərin hər biri vətəndaşlarımızın sosial məişət şəraiti eləcə də rifah halının yaxşılaşdırılmasna yönələn addımlardır.

Sosial sahə ilə bağlı bütün ölkələrdə, o cümlədən ABŞ-da da müəyyən nöqsanların olduğunu deyən F. Mustafa əlavə edib ki, ölkəmizdə də əvvəllər sosial müavinətlərin verilməsi, əlilliyin müəyyən edilməsi sahəsində müəyyən neqativ hallar var idi: "Lakin son illər ərzində görülən işlər nəticəsində bir çox neqativ hallar aradan qaldırılıb". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31