Gündəm

Qardaşı dənizdə boğulan aparıcı: "Meyiti əllərimlə çıxartdım"

31 İyul 2017 13:49

ARB kanalının aparıcısı Hüseyn Azərin qardaşı, 29 yaşlı Cavid Əzizov Kürdəxanı çimərliyində boğulub. Hüseyn gözyaşları içərisində hadisə zamanı qardaşının yanında olduğunu dedi: "Mən ARB-nin Tovuz bürosunda çalışıram. Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi ki, necə qardaşsan, mənimlə dənizə də getmək istəmirsən. Məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Qışqırdım ki, tez sudan çıx. Gördüm tərpənmədən dalğanın ortasında qalıb.

3 yaşlı qıza təcavüz edən şəxsi belə öldürdülər 

31 İyul 2017 13:46

Yəməndə 41 yaşlı Məhəmmdə əl-Mahrabi adlı şəxs 3 yaşlı qıza təcavüz etdikdən sonra onu öldürüb. Məhkəmə cinayətkarı ölüm cəzasına məhkum edib.

Güləşçilərin etirazını qəbul etmirəm

31 İyul 2017 13:41

Kikboksinq Federasiyasının idmançıları Azərbaycanın bayrağını illərdir yüksək kürsülərdə dalğalandırırlar amma heç vaxt pul davası döymürlər". “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri AKF-nin vitse-prezidenti Arzuman Abdulkərimov güləşçilərin etiraz aksiyası keçirməsinə münasibət bildirərkən səsləndirib.

Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib

31 İyul 2017 13:40

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Deportamentinin Narkotiklər və Huquq Mühafizəyə dair Beynəlxalq məsəslələr üzrə Bürosu (INL), Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyəti 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Gününü birgə qeyd ediblər.

ASAN könüllüləri QHT sektoru ilə əməkdaşlığa cəlb edilir

31 İyul 2017 13:39

UNİCEF-in dəstəyi ilə “Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində Qəbələ “ASAN xidmət” mərkəzində ASAN könüllüləri ilə tədbir keçirilib. “OLAYLAR” -a daxil olan məlumata görə, tədbirdə layihənin məqsədi və aztəminatlı ailələrdən olan uşaqlar üçün ödənişsiz hüquqi xidmətlərin təşkilinin əhəmiyyəti barədə məlumat verilib.

Günəş tutulmasını kimlər görəcək?

31 İyul 2017 13:38

ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, 2017-ci ilin avqust ayında tam Günəş tutulması baş verəcək. Tədqiqatçıların sözlərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.

Qurban Qurbanov üçün yubiley oyun

31 İyul 2017 13:37

Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"lə cavab oyunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 45 yaşlı mütəxəssis məşqçi kimi 70-ci Avrokubok görüşünə çıxacaq. "Qarabağ"ın baş məşqçisi Tiraspolda Moldova "Şerif"inə qarşı keçiriləcək görüşədək 69 dəfə qitə miqyaslı turnirlərdə iştirak edib. Bu görüşlərdən 2-si "Neftçi", 67-si "Qarabağ"ın baş məşqçisi olduğu dövrə təsadüf edir.

Ramil Quliyev: "Ölkəmin bayrağını Londonda dalğalandırmaq istəyirəm"

31 İyul 2017 13:30

Azərbaycanlı atletRamil Quliyev avqustun 1-13-ü aralığında İngiltərənin paytaxtı Londonda keçiriləcək dünya çempionatında Türkiyə yığmasının heyətində mübarizə aparacaq. 27 yaşlı idmançı Türkiyə mətbuatına açıqlamasında hədəfinin medal qazanmaq olduğunu bildirib.

Arsen Venqer: "Özilin müqaviləsini yeniləməməsi məni narahat etmir"

31 İyul 2017 13:26

"Arsenal"ın baş məşqçisi Arsen Venqer müqaviləsi başa çatan futbolçulara görə narahatlıq keçirmədiyini bildirib. Təcrübəli mütəxəsis bunu "ideal situasiya" olaraq qiymətləndirib və səbəblərini izah edib. "6 futbolçunun müqaviləsi növbəti yay başa çatır. Bu, problem deyil. Məncə, ideal situasiyadır. Çünki onların hər biri tam gücü ilə çalışmalıdır. Özilin müqaviləsini yeniləməməsi məni narahat etmir. Gələcəkdə belə şeyləri daha çox görəcəksiniz. Səbəb? Normal futbolçuların belə transfer qiyməti o qədər yüksəkdir ki, heç bir klub tələb olunan pulu ödəmək istəmir. Ona görə səviyyəli futbolçular müqavilə müddəti başa çatana qədər klub dəyişməyəcək. Növbəti 10 iildə bu tendensiya adi hala çevriləcək.

Hindistanda 200-dən çox adam DAŞQININ qurbanı oldu

31 İyul 2017 13:24

Hindistanın Qucarat ştatında musson yağışların səbəb olduğu daşqınlar nəticəsində 216 nəfər həlak olub. Şiddətli yağıntılar ştat ərazisində bir həftədən çoxdur ki, davam edir.

Türkoloqun irihəcmli əsərləri çap olundu

31 İyul 2017 13:17

Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri” (II cild) adlı kitabı çapdan çıxıb. “Elm” nəşriyyatında çap olunan kitabın redaktoru akademik Nizami Cəfərovdur. Kitab müəllifin türkologiya sahəsindəki irihəcmli araşdırmalarını özündə cəmləşdirir. Nəşrə “Orxon dastanlarının şeir sənətkarlığı”, S.Kramerin “Tarix Şumerdə(n) başlayır”, Mikayıl Baştunun “Şan qızı dastanı”, Seyid Əhməd Cəmaləddin İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” əsərləri haqqındakı yazılar və  müəllifin “Türklər üçün ortaq ünsiyyət dili” adlı monoqrafiyası daxil edilib.

V – IV əsrlərə aid tətqiqatlar aparılır

31 İyul 2017 13:18

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları antik dövr üzrə bir sıra tədqiqatlar aparıblar. AMEA- dan “Olaylar” – a bildirilib ki, Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığındakı eramızdan əvvəl V–IV əsrlərə aid şəhər kompleksində antik dövrə aid saray kompleksinin tədqiqi davam etdirilib. Bundan əlavə, Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində yerləşən antik və orta əsrlərə aid Qalatəpə şəhər məskəninin üst qatında arxeoloji qazıntılar aparılıb.

Ermənistanın aqressivliyi artacaq

31 İyul 2017 13:09

Ermənistan hər ötən gün cəbhədə gərginliyi artırır, təxribatçı əməllərini davam etdirir. Ötən həftə sonu Ermənistanın cəbhə bölgəsində törətdiyi növbəti təxribat, yaşayış məntəqələrini atəşə tutması da bu təxribatın bir hissəsi idi. Birmənalı olaraq qeyd edə bilərik ki, son günlər Ermənistanın təxribat hərəkətlərinin artmasının başlıca səbəblərindən biri Rusiya ilə Ermənistan arasında birgə qoşun yaradılması barədə sazişin qüvvəyə minməsidir. Təsadüfi deyil ki, əksər ekspertlər məhz bu qənaətdədirlər ki, məlum saziş İrəvanı daha da ruhlandırıb və onu yeni aqressiyaya sövq edib.

ABŞ Çinə qarşı sanksiya tətbiq edə bilər

31 İyul 2017 13:08

Bildirildiyinə görə, ABŞ prezidenti Donald Trampın müşavirləri Çinə qarşı bir sıra sanksiyalar tədbirləri hazırlayırlar. 

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib

31 İyul 2017 13:05

Dövlət İmtahan Mərkəzi (DİM) V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış və ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib. DİM verilən xəbərə görə, ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq. Qeyd olunan abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.