Ermənistanın aqressivliyi artacaq
Ermənistan hər ötən gün cəbhədə gərginliyi artırır, təxribatçı əməllərini davam etdirir. Ötən həftə sonu Ermənistanın cəbhə bölgəsində törətdiyi növbəti təxribat, yaşayış məntəqələrini atəşə tutması da bu təxribatın bir hissəsi idi. Birmənalı olaraq qeyd edə bilərik ki, son günlər Ermənistanın təxribat hərəkətlərinin artmasının başlıca səbəblərindən biri Rusiya ilə Ermənistan arasında birgə qoşun yaradılması barədə sazişin qüvvəyə minməsidir. Təsadüfi deyil ki, əksər ekspertlər məhz bu qənaətdədirlər ki, məlum saziş İrəvanı daha da ruhlandırıb və onu yeni aqressiyaya sövq edib.
31 İyul 2017 13:09 Siyasətİrəvan danışıqlar prosesində özünü üstün tərəf kimi aparacaq
Ermənistan hər ötən gün cəbhədə gərginliyi artırır, təxribatçı əməllərini davam etdirir. Ötən həftə sonu Ermənistanın cəbhə bölgəsində törətdiyi növbəti təxribat, yaşayış məntəqələrini atəşə tutması da bu təxribatın bir hissəsi idi. Birmənalı olaraq qeyd edə bilərik ki, son günlər Ermənistanın təxribat hərəkətlərinin artmasının başlıca səbəblərindən biri Rusiya ilə Ermənistan arasında birgə qoşun yaradılması barədə sazişin qüvvəyə minməsidir. Təsadüfi deyil ki, əksər ekspertlər məhz bu qənaətdədirlər ki, məlum saziş İrəvanı daha da ruhlandırıb və onu yeni aqressiyaya sövq edib.
Ekspert Natiq Cəfərli deyir ki, Rusiya və Ermənistan arasında 2016-cı ilin 30 oktyabrında qoşunların birləşdirilməsi haqqında saziş imzalanmışdı: "Amma hər iki tərəf bu sazişin təsdiqinə tələsmirdi, bu sənəddən rəsmi Bakıya təzyiq kimi istifadə edilirdi. Son günlərdə Ermənistan parlamenti də, Rusiya Duması da tələsik müqaviləni ratifikasiya etdi. Sonda Rusiya prezidenti Vladimir Putin sənədi imzaladı. Beləliklə Rusiya və Ermənistan qoşunları vahid komandanlıq altında birləşdi. İndi rəsmi olaraq Qarabağımızı, ətraf rayonları Rusiya-Ermənistan birgə quşunları işğal altında saxlayır, Qarabağda yerli terrorçulara onlar dəstək verir".
Cənubi Qafqazda Sülf və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Rusiya-Ermənistan "birgə qoşun" yaradılması barədə 30.11.2016-ci il memarandumunu Rusiya prezidenti Vladimir Putin təsdiq etdikdən sonra Ermənistanın siyasi-hərbi rəhbərliyi Qarabağ danışıqlarında daha da aqressiyanı artıracağı gözlənilir: "Qeyd edək ki, rəsmi Kreml tərəfindən idarə olunacaq "Birgə qoşunun" yeganə hədəfi Azərbaycana qarşı çəkindirici faktor yaratmaqdır. Bundan sonra, erməni rəhbərliyi işğal olunmuş ərazilər istiqamətində deyil, daha da Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz və Qazax istiqamətində hərbi təxribatları artıracaq. Məqsəd, Qarabağ danışıqlardan yayınmaq və Rusiya-Azərbaycanı qarşı-qarşıya qoymaqdır". Politoloq bildirib ki,Ermənistan silahlı qüvvələri artıq dövlət sərhədində ciddi atəşkəsi pozur və yaşayış məntəqələrini hədəfə alır: "Göründüyü kimi, Rusiya tərəfindən "birgə qoşun" planı təsdiq ediləndən sonra ermənilər işğal olunmuş ərazilərdən kənarda fəallaşıblar. Qeyd edim ki, birgə qoşun deyəndə bu, sırf Rusiya hərbiçilərindən ibarət olacaq. Burada əsasən "xüsusi təyinatlı dəstələrdən" ibarət olmaqla sərhəddə Azərbaycana qarşı provakasiyalarda istifadə edilə bilər". Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanın öz hərbi arsenalını gücləndirməsi, müasir silahlar alması, Ermənistan üzərində qələbəni şərtləndirir: "Bu da Moskvanı ciddi şəkildə narahat edir. Rəsmi Kremlin bu addımı Qarabağ münaqişəsini çıxılmaz vəziyyətə salmaqdı. Rusiyanın münaqişənin həlli ilə bağlı bundan sonrakı "diplomatik" gedişləri Ermənistanı qorumaq olacaq".
Müstəqil ekspert Rövşən Məmmədli isə bildirib ki, Azərbaycan Qarabağ siyasəti kökündən dəyişməli, Ermənistana təzyiqi artırmalıdır: "Qarabağın hay faşizmin işğalından dərhal azad olunması üçün düzgün və inamlı siyasət aparmaq lazımdır. Hesab edirəm Azərbaycan dövləti Ermənistana öz işğalçı qoşunlarını heç bir qeyd şərt qoymadan, dərhal işğal olunmuş 20 faiz ərazilərimizdən çıxarılması üçün konkret vaxt qoymalıdır. Bu baş verməzsə, torpaqlarımızı müharibə yolu ilə azad ediləcəyini heç nədən çəkinmədən ortaya qoymalı və gerçək müharibəyə də hazırlaşmalıdır. Həmçinin bu haqda bütün maraqlı dövlətləri, onların parlamentlərini, hökumətlərini məlumatlandırımalıdır. ATƏT-in Minsk qrupu dövlətlərinə, xüsusilə həmsədr dövlətlərə hərtərəfli məlumat verməli və onların da məsuliyyətini göstərməlidir. Bu müddətdə diplomatik faəaliyyətimiz yüz dəfələrlə artırılmalıdır. Bu müddətdə hayların işğal etdikləri ərazilərimizi necə xaraba qoyduqları, əsir insanlara hansı yol verilməz cinayətləri işlətdikləri, günaşırı törətdikləri hərbi cinayətləri dünyaya yayılmalı. hay vandalların işğal etdikləri ərazilərimizdə min illər boyu yaradılmış mədəniyyətimizi necə barbarlıqla məhv etdikləri, ekoloji təhlükələr yaratdıqları, böyük bir ərazini dünyanın cəhənnəminə çevirdikləri faktlarla sivil dünyaya çatdırılmalıdır". Rövşən Məmmədli qeyd edib ki, ordumuzun hərbi təlimləri gücləndirilməli, ordududakı neqativ hallara son qoyulmalı, öz işinin öhdəsindən gələ bilməyən zabitləri işindən kənarlaşdırmalı, öz xalqının marağına yox özgələrin marağına xidmət edənlərə lazımi dərs verilməli, ən əsası isə xalqı bütün ruhu ilə vətən azadlığı müharibəsinə hazırlamaq lazımdır: "Bir sözlə bütün dünya, xüsusilə maraqlı ölkələr, yaxın qonşu dövlətlər bizim gerçək müharibəyə hazırlaşdığımızı təxmin yox, gerçəkdən qəti şəkildə anlamalıdırlar. Verilən müddətdə hay diğalari torpaqlarımızı azad etməyəcəyi təqdirdə, müharibəyə başlamaq lazımdır".
Füzuli