Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Deportamentinin Narkotiklər və Huquq Mühafizəyə dair Beynəlxalq məsəslələr üzrə Bürosu (INL), Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyəti 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Gününü birgə qeyd ediblər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Deportamentinin Narkotiklər və Huquq Mühafizəyə dair Beynəlxalq məsəslələr üzrə Bürosu (INL), Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyəti 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Gününü birgə qeyd ediblər. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID ) Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Randall Olson, BMqT Azərbaycan Nümayəndəliyinin rəhbəri Serhan Aktopark iştirak edərək tədbirdə İnsan alverini törədən amillər haqqında və onunla mübarizə yolları barədə çıxışlar ediblər. Beynəlxalq Təşkilatların ölkəmizdə olan təmsilçıləri Azərbacan dövlətinin İnsan Alverinə Qarşı Mübarizə sahəsində apardığı tədbirləri yüksək qiymətləndirib və bu mübarizə mexanizmlərin bir çox ölkələr üçün nümunə ola biləcəyini bəyan ediblər.

DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov İdarərinin gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və Cənab Prezidentin İnsan Alverinə Qarşı Mübarizə sahəsində imzaladığı fərman və sərəncamların Milli Koordinatorun bir başa nəzarəti və rəhbərliyi ilə yüksək səviyyədə icra olunmasını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31