V – IV əsrlərə aid tətqiqatlar aparılır

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları antik dövr üzrə bir sıra tədqiqatlar aparıblar. AMEA- dan “Olaylar” – a bildirilib ki, Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığındakı eramızdan əvvəl V–IV əsrlərə aid şəhər kompleksində antik dövrə aid saray kompleksinin tədqiqi davam etdirilib. Bundan əlavə, Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində yerləşən antik və orta əsrlərə aid Qalatəpə şəhər məskəninin üst qatında arxeoloji qazıntılar aparılıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları antik dövr üzrə bir sıra tədqiqatlar aparıblar. AMEA- dan "Olaylar" - a bildirilib ki, Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığındakı eramızdan əvvəl V-IV əsrlərə aid şəhər kompleksində antik dövrə aid saray kompleksinin tədqiqi davam etdirilib. Bundan əlavə, Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində yerləşən antik və orta əsrlərə aid Qalatəpə şəhər məskəninin üst qatında arxeoloji qazıntılar aparılıb.
Həmçinin, Şamaxı rayonu ərazisində antik dövr Gəgəli nekropolunda qazıntı işləri aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31