Gündəm
Azərbaycan həqiqətlərinə həsr edilmiş sayt təkmilləşdirilib
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində layihə çərçivəsində “Yenimedia.info” saytı təkmilləşdirilib. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, saytın Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzular və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməsi nəzərdə tutulur.
Polis rəisi iş otağında ölü tapıldı
Türkiyənin Silivri bölgəsinin Polis İdarəsinin rəisi Hakan Çalışkan bu gün səhər saatlarında iş ötağında ölü tapılıb. “Olaylar” bildirir ki, başından güllə ilə vurulan polis rəisinin cəsədini səhər saatlarında işə gələn əməkdaşları aşkarlayıblar. Hadisənin intihr və ya qətl olması haqqında heç bir məlumat verilmir.
Carlsberg Azerbaijan pivənin sirlərini açıqlayır
28 iyul ənənəvi olaraq avqustun əvvəllərində qeyd edilən Beynəlxalq pivə günü ərəfəsində ölkənin ən iri pivə istehsalı şirkəti olan Carlsberg Azerbaijan edutainment[1] formatında “pivə savadlılığının” artırılmasına yönələn xüsusi tədbir təşkil edib.
Deputat: Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır
Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır. Bunu Milli Məclisin deputatı Eldar İbrahimov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur: “Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.
Vitse-prezident: Azərbaycan atıcılıq üzrə Avropa çempionatını yüksək səviyyədə təşkil edib
Azərbaycan bütün beynəlxalq yarışları, o cümlədən Bakıda keçirilən Atıcılıq üzrə Avropa çempionatını yüksək səviyyədə təşkil edib. Bunu Avropa Atıcılıq Konfederasiyasının vitse-prezidenti Yair Davidoviç deyib.
Ermənistan əhalisinin sayı 15,2 min azalıb
Ermənistan əhalisinin sayı 15,2 min nəfər azalıb. Bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb. Məlumata əsasən 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib.
Ronaldu məhkəmə qarşısında ifadə verəcək
"Real Madrid" klubunun hücumçusu Kriştianu Ronalud məhkəmə qarşısında ifadə verəcək. Portuqaliyalı futbolçu 31 iyul tarixində vergidən yayınma işi üzrə məhkəmədə cavab verəcək.
"Məşhurların açıq-saçıq geyimələrə daha çox müraciət etmələrinə səbəb nədir?"- SORĞU
Hazırda yay mövsümü olduğu üçün və ya müxtəlif səbəblərə görə insanlar daha çox açıq-saçıq geyimlərə üstünlük verirlər. Adi vətəndaşlarla yanaşı şou-biznes nümayəndələri də yarıçılpaq paltarlar geyinməyi sevirlər.
Taksi sürücüsündən qadın müştəriyə qarşı əxlaqsızlıq - Bakıda - VİDEO
Şirkətdən taksi sifariş edən qadın sərnişinə sürücü sonradan zəng vuraraq onunla tanış olmaq istəyib. Sürücü xanımın vatsap nömrəsinə yazaraq ondan xoşu gəldiyini və tanış olmaq istədiyini bildirib. Ancaq xanım buna etirazını bildirərək onu narahat etməməsini deyib. Hadisə Bakıda olub.Taksi şirkətlərinin birində işləyən sürücü müştərini ünvana apardıqdan sonra mesaj yazmağa başlayıb. Sonradan xanım müştəri sürücü ilə olan yazışmanı sosial şəbəkələrdə paylaşaraq qadın istifadəçiləri belə məsələlərdə diqqətli olmağa çağırıb. Təbiiki sosial şəbəkədə paylaşılan bu fotoda istifadəçilərin narazılığına səbəb olub.
5 nəfərin öldürüldüyü yerdən - İlk FOTOLAR
Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən silahlı insidentin baş verdiyi yerdən fotolar yayılıb. Fotolar sosial şəbəkələrdə paylaşılıb. Məlumat üçün bildirək ki, Rusiyada yaşayan Mübariz Mehdiyev Hacıqabul şəhəri Bayram İbrahimov küçəsində yerləşən Qəmbərovların evinə silahlı basqın edib.
Uşağın qız olmasının “günahı” kimdədir?
Yeni doğulan körpəni qız olduğuna görə öldürən atanın elədiyi hərəkət təkcə vəhşilik və cinayət deyil, həm də cahillik və savadsızlıqdır. Elementar, amma dəhşətli savadsızlıq. Çox vaxt dünyaya qız övladı gətirdiyinə görə qadınlar aşağılanır, təhqir olunur. Halbuki, uşağın cinsi atadan asılıdır. Burada ana heç bir rol oynamır. Orta məktəbdə biologiya dərsini oxumayanlar üçün bunu qısaca izah etməyə ciddi ehtiyac görürük.
Səudiyyə Ərəbistanı iranlı zəvvarları daşımaqdan imtina edib
Səudiyyə Ərəbistanı aviaşirkətləri Həcc ziyarətinə gedən iranlı zəvvarları daşımaqdan imtina edib. Bunu İran Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.
Çovdarovun məhkəməsində AGENTLƏRƏ ayrılan pullar elan edildi
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Azərbaycanda "Youtube"dan pul qazananlar vergi ödəyəcək
Azərbaycan Vergilər Nazirliyi Youtube.com videoportalından gəlir əldə edənlərlə bağlı məsələyə aydınlıq gətirib. Əgər "Youtube" istifadəçisi videohostinqdən gəlir əldə edirsə, vergi ödəməlidir.
Dəniz Yılmaz üçün 500 min avroluq təklif
"Malatyaspor" millimizin futbolçusu Dəniz Yılmazı transfer etmək istəyir. Superliqanın debütantı 29 yaşlı hücumçuya 500 min avroluq təklif göndərib. "Bursaspor" təklifi dəyərləndirmək üçün vaxt istəyib.














