Gündəm

Məşhur serialda FETÖ izləri

31 İyul 2017 15:46

İllər sonra yenidən ekranlara qayıdan və Türkiyənin Kanal D televiziyasında yayımlanan “Çocuklar Duymasın” serialı böyük səs – küyə səbəb olub. Serialda təsvir olunan evin  kitabxanasında yer alan və FETÖ terror təşkilatının çirkli fəaliyyətini dünyaya tanıdan "Barış körpüləri" adlı kitabı tamaşaçıların gözündən yayınmayıb.

ABŞ təhdidlərə yeni nəsil raket sistemləri ilə cavab verdi

31 İyul 2017 15:43

Amerika Birləşmiş Ştatları Alyaska əyalətində Üst Səviyyəli Havadan Müdafiə (THAAD) adlı ballistik raket sistemini test edib. ABŞ bu testi Şimali Koreyanın raket sınaqlarına cavab olaraq həyata keçirib. Amerika Havadan Müdafiə Dairəsi Sakit Okean üzərində gerçəkləşdirilən testlərdə sistemin qitələrarası ballistik raketləri təmsil edən 15 hədəfin hamısını əngəllədiyini açıqlayıb.

Qeyri-neft məhsullarının ixracı stimullaşdırılır

31 İyul 2017 15:35

Patent və Əmtəə Nişanları Mərkəzində Azərbaycana məxsus coğrafi göstəricilərin müəyyənləşdirilməsi və qeydiyyatı üzrə yaradılmış işçi qrupu fəaliyətini davam etdirməkdədir. İşçi qrupun tərkibində Mədəniyyət və Turizm, Səhiyyə, Ekologiya, Kənd Təsərrüfatı nazirliklərinin, Milli Kulinariya Mərkəzinin, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin, AzPromo, Patent və Əmtəə Nişanları Mərkəzi və Naxçıvan MR SMPDK-nın səlahiyyətli nümayəndələri təmsil olunur.

Fransa idmançısı atıcılıq üzrə Avropa çempionatının qalibi olub

31 İyul 2017 15:35

Bu gün Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışının qalibi Fransa idmançısı olub. Fransalı Raynaud Alexis 1167 xalla qızıl medal qazanıb.

Sevgilsi məktəbli qızı Suriyaya aparıb, İŞİD-çiyə ƏRƏ VERDİ: DƏHŞƏTLİ TƏFƏRRÜAT

31 İyul 2017 15:34

İyulun sonunda iraqlı hərbçiləri Mosul şəhərində 16 yaşlı almaniyalı Linda Ventsel adlı qız tapıblar. Almaniyadan İŞİD yaraqlıları tərəfindən vuruşmaq üçün İraqa gəlmiş qız snayper olaraq fəaliyyət göstərirmiş. 7.5 min sakinin yaşadığı balaca əyalət şəhərciyi - Pulsnitsin əlaçı şagirdi 1 il əvvəl ekstremistlər üçün "xidmət etməyə" yollanıb. Qızın radikallaşması valideynləri, dostları və müəllimlərinin gözü qarşısında sürətlə inkişaf edirdi. Amma heç kim buna ciddi əhəmiyyət vermirdi.

Mağazalar şəbəkəsinin sahibinin pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

31 İyul 2017 15:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” mağazalar şəbəkəsinin sahibinin pulunu mənimsəməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Tayvanda qasırğadan xəsarət alanların sayı artır - 131 nəfər

31 İyul 2017 15:29

Son sutka ərzində Tayvanda "Nesat" və "Haitang" qasırğalarından xəsarət alanların sayı artmaqdadır. Adanın müxtəlif rayonlarında 131 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.

Nazirlik: “Hicaz” sosislərində təhlükəli mikroorqanizmlərin normadan artıq olduğu aşkarlanıb

31 İyul 2017 15:26

İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı “Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

DİQQƏT! - Çimərliklərdəki ölümlərin bir nömrəli SƏBƏBİ

31 İyul 2017 15:25

"Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi, məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, kürəyi qapqara idi. Mən onu dalğaların arasından güclə çıxartdım. Sahildə yarım saat təcili yardım maşını gözlədik.

Beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 8760 nəfər uşağına aylıq sosial müavinət ödənilir

31 İyul 2017 15:23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Ermənistanın seks köləsinə çevirdiyi və satışa çıxardığı AZƏRBAYCANLI QIZLAR - DƏHŞƏTLİ VİDEO

31 İyul 2017 15:16

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda əsir düşən 3 minə yaxın azərbaycanlının taleyini aydınmlaşdırmaq üçün Türkiyə və beynəlxalq insan haqları təşkilatlarına yazılı şəkildə müraciət ünvanlanmağa hazırlaşır.

Bakıda tanınmış həkimə və arvadına İŞGƏNCƏ VERDİLƏR: dəhşətli cinayətlə bağlı YENİ XƏBƏR 

31 İyul 2017 15:10

İyulun 29-da uroloq-alim Kamal Abdullayevin Binəqədi rayonunda yerləşən evindən oğurluq olub. Evə daxil olan şəxslər K.Abdullayev və həyat yoldaşının əl-qolunu bağlayaraq onları işgəncəyə məruz qoyublar. Hadisə ilə bağlı K.Abdullayevin klinikası ilə əlaqə saxladıq.

Pulsuz göz müayinələri davam edir

31 İyul 2017 15:07

Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən Mobil göz klinikasında yanvar-iyun ayları ərzində 700-dən çox  ehtiyacı olan xəstələr müayinədən keçib, bunun 500-ə yaxını böyük, 200-dən çoxu isə uşaqdır. Yanvar ayları ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqınlara yardım göstəriblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib. Eyni zamanda Əmircan qəsəbəsi 13 saylı və Hövsan qəsəbəsi 23 saylı poliklinikada 58 nəfər müayinə olunub. Sabunçu rayonu Sosial Müdafiə Fondunun dəstəyi ilə isə 42 nəfər müayinədən yararlanıb.

Hacıqabulda əməliyyat: 11 nəfər tutulub, silah-sursat, narkotik müsadirə edilib

31 İyul 2017 15:05

İctimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin ilkin mərhələsində iştirak ediblər

31 İyul 2017 15:02

Beynəlxalq Ordu Oyunlar çərçivəsində “Tank biatlonu” müsabiqəsinin  “Fərdi sürmə” mərhələsinə start verilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, T-72B3 tankında yarışlarda iştirak edən Azərbaycan heyəti Küveyt və Monqolustan komandalarını geridə qoyaraq ilkin mərhələni öz qruplarında 2-ci yerdə başa vurublar. “Tank biatlonu” müsabiqəsində 19 ölkədən 55 tank heyəti iştirak edir və yarışlara avqustun 12-də yekun vurulacaq.