ABŞ təhdidlərə yeni nəsil raket sistemləri ilə cavab verdi
Amerika Birləşmiş Ştatları Alyaska əyalətində Üst Səviyyəli Havadan Müdafiə (THAAD) adlı ballistik raket sistemini test edib. ABŞ bu testi Şimali Koreyanın raket sınaqlarına cavab olaraq həyata keçirib. Amerika Havadan Müdafiə Dairəsi Sakit Okean üzərində gerçəkləşdirilən testlərdə sistemin qitələrarası ballistik raketləri təmsil edən 15 hədəfin hamısını əngəllədiyini açıqlayıb.
31 İyul 2017 15:43 DünyaAmerika Birləşmiş Ştatları Alyaska əyalətində Üst Səviyyəli Havadan Müdafiə (THAAD) adlı ballistik raket sistemini test edib. ABŞ bu testi Şimali Koreyanın raket sınaqlarına cavab olaraq həyata keçirib. Amerika Havadan Müdafiə Dairəsi Sakit Okean üzərində gerçəkləşdirilən testlərdə sistemin qitələrarası ballistik raketləri təmsil edən 15 hədəfin hamısını əngəllədiyini açıqlayıb.
Qeyd edək ki, Şimali Koreya cümə günü həyata keçirdiyi qitələrarası raket sınaqlarının uğurla başa çatdığını elan etmiş və sınağı ABŞ-a sərt xəbərdarlıq kimi təqdim etmişdi. Publika.az