Bakıda tanınmış həkimə və arvadına İŞGƏNCƏ VERDİLƏR: dəhşətli cinayətlə bağlı YENİ XƏBƏR
İyulun 29-da uroloq-alim Kamal Abdullayevin Binəqədi rayonunda yerləşən evindən oğurluq olub. Evə daxil olan şəxslər K.Abdullayev və həyat yoldaşının əl-qolunu bağlayaraq onları işgəncəyə məruz qoyublar. Hadisə ilə bağlı K.Abdullayevin klinikası ilə əlaqə saxladıq.
31 İyul 2017 15:10 Sosialİyulun 29-da uroloq-alim Kamal Abdullayevin Binəqədi rayonunda yerləşən evindən oğurluq olub. Evə daxil olan şəxslər K.Abdullayev və həyat yoldaşının əl-qolunu bağlayaraq onları işgəncəyə məruz qoyublar. Hadisə ilə bağlı K.Abdullayevin klinikası ilə əlaqə saxladıq.
Klinikada telefona cavab verən xanım Kamal Abdullayevin qızı olduğunu deyərək hazırda atasının istirahətdə olduğunu dedi: "Atamla anamın vəziyyəti yaxşıdır, hər şey qaydasındadır. Hazırda Kamal Abdullayev istirahətdədir". Quldurların yaxalanmasına gəldikdə, xanım bu barədə yeni məlumat olmadığını dedi: "Yeni xəbər olsa, bu barədə mətbuata da açıqlama veriləcək. Hələ ki, həmin şəxslər yaxalanmayıb". Həmin şəxslərin kimliyi barədə də heç bir şübhələrinin olmadığını dedi: "Şübhələndiyimiz şəxslər olsa idi, bu barədə polisə məlumat verərdik".
Qeyd edək ki, quldurlar uroloqun evindən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb. Publika.az