Gündəm

Azərbaycanın istehsalı olan pilotsuz uçuş aparatları, zirehli texnikalar 10-dan çox ölkəyə ixrac olunur

31 İyul 2017 16:56

“Cari ilin sonunadək xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, avtomatların, müxtəlif tipli artilleriya atəş yığımlarının, VOQ-25P tipli atəş yığımının, artilleriya mərmiləri üçün partladıcıların və s. məmulatların silahlanmaya tövsiyə edilməsi nəzərdə tutulur”.

Prezident: “Azərbaycan haqqında həqiqətlər daha çox yayılmalıdır” - YENİLƏNİB

31 İyul 2017 16:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir

31 İyul 2017 16:50

Sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycan dövlətinin atmış olduğu uğurlu addımlardan biri də sosial məsələlərəin, problemlərin həllinə diqqət ayrıması, bu sahədə müntəzəm və planlı şəkildə islahatlar, tədbirlər həyata keçirməsidir. Təsadüfi deyil ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəyə neft ixracından gələn gəlirlərin böyük əksəriyyəti də məhz sosial sahəyə yönəldilmişdi. Bunun ən bariz nümunəsi isə 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Məhz bu proqramın uğurla icrası nəticəsində təkcə paytaxtda deyil, eləcə də regionlarda, ucqar dağ kəndlərində belə bir sıra sosial problemlər həllini tapdı. Ən başlıcası müstəqilliyin ilk illərində sosial partlayış həddinə gəlib çatan işsizlik problemi aradan qaldırıldı.

Baş Prokurorluq və DİN Hacıqabulda törədilən dəhşətli cinayətlə bağlı birgə məlumat yayıb

31 İyul 2017 16:43

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Hacıqabulda törədilən dəhşətli cinayətlə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 31-də saat 06 radələrində Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirilmələri, ailənin digər üzvü Məmməd Qənbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olması və Mübariz Mehtiyevin odlu silahdan atəş açaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, oradan cinayətin aləti olan ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Mayk Pens: “ABŞ Rusiya təhlükəsinin qarşısını almaq üçün hər şeyi edəcək”

31 İyul 2017 16:40

ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) RusiyanıNATO ölkələri üçün təhlükə adlandırıb. M. Pens bunu Estoniyanın paytaxtı Tallində Baltik ölkələrinin rəhbərləri ilə görüşündən sonra bildirib.

İŞİD "Russia Today" telekanalının müxbirini öldürdü

31 İyul 2017 16:38

Russia Today (RT) televiziyası Suriyadakı müxbiri Xalid əl-Hatıbın İŞİD-in Homs vilayətinə təşkil etdiyi raketli hücumda həyatını itirdiyini açıqlayıb. RT ərəb televiziyanın internet saytında yayılan xəbərdə "Müxbirimiz Xalid əl-Xətib bu gün Homsun şərqindəki Əl-Suhna qəsəbəsi yaxınlığından Suriya ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyatla əlaqədar məlumat verdiyi zaman, terrorçuların təşkil etdiyi raket hücumunda dünyasını dəyişib" deyilib.

Bakının mərkəzindəki restoranda insident: ərəb turist hesabı vermək istəmədi

31 İyul 2017 16:35

Bakının mərkəzində yerləşən restoranda ərəb turistin etdiyi xuliqanlıq əməli ilə bağlı bəzi məqamlar üzə çıxıb.  İçərişəhərdəki "Tac Mahal" restoranının sahibi, Pakistan vətəndaşı 1971-ci il təvəllüdlü Malik Azhar Abbas Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxsin 57 manatlıq hesabı ödəmək istəməməsindən sonra narazılığın yarandığını bildirib: "Həmin şəxs hesabı ödəmək istəmirdi. Mən yaxınlaşdım və məsələ ilə bağlı 102-yə zəng edərək məlumat verdim. Sonra polislər gəldi, turist hesabı ödədi və beləliklə, məsələ həll edildi".

Novruz Məmmədov: “Haaretz” qəzetinin yalan və böhtandan ibarət yazısı Azərbaycan-İsrail münasibətlərinin ruhuna ziddir

31 İyul 2017 16:26

İyulun 30-da İsrailin “Haaretz” qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov bu yazı ilə bağlı münasibət bildirib.

Dini plüralizm məkanı

31 İyul 2017 16:23

Demokratik cəmiyyətlərin mühüm göstəricilərindən biri də həmin cəmiyyətdə, ölkədə plüralizmin təmin olunmasıdır. Bu gün istər siyasi, istər dini, istərsə də mədəni sahədə plüralizmin təmin olunduğu ölkələr barçaqla sayıla biləcək qədərdir. Çünki elə ölkələr var ki, o ölkədə siyasi plüralizm təmin olunsa da, lakin orada dini baxımdan plüralizmin qorunduğunu, təmin olunduğunu görmək mümkün deyil. Yaxud mədəni sahədə plüralizm qorunmur, bu və ya digər ölkələrdə yaşayan digər xalqların haqq və hüquqları tanınmır, onlara ən adi, primitiv hüquqlar belə verilmir. Ancaq Azərbaycan bir dövlət olaraq bütün bunlardan ən öndə, zirvədə dayanır. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanda hər bir sahədə plüralizm təmin olunur, qorunur. Xüsusilə dini sahədə bunu aydın görmək mümkündür.

İŞİD şiələrin müqəddəs məkanını və liderlərini hədəf aldı

31 İyul 2017 16:16

İraqın Terrorla Mübarizə və Kəşfiyyat İdarəsi İŞİD terror təşkilatının şiələrin ən böyük din xadimi olan Ayətullah Əli Sistaninin Nəcəf şəhərindəki evinə bombalı hücumlar təşkil etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə İraq mətbuatına idarənin müdiri Əbu Əli Bəsri məlumat verib. O bildirib ki, terrorçu qruplaşma liderin evi ilə yanaşı, şiələrin müqəddəs məkanları olan Kufə Məscidi, Kərbəla, Bəsrə və Samirəyə də hücum etməyi planlaşdırıb. Əli Bəsri İŞİD-in xarici ölkələrdən gətirdiyi lider komandasının bombalı avtomobillər və kamikadzelər vasitəsilə terror hücumları həyata keçirəcəyini ehtimal etdiyini deyib.

Ali məktəblərdə tələbə köçürülməsi, xaric və bərpa olunma ilə bağlı tətbiq olunan yeniliklər açıqlanıb

31 İyul 2017 16:10

Azərbaycanda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalarda bir sıra yeniliklər edilib.

İranlı zəvvarlar birillik fasilədən sonra Həcc ziyarətinə gedəcək

31 İyul 2017 16:00

İranlı zəvvarlar birillik fasilədən sonra bu il Həcc ziyarətini həyata keçirəcək. Bu barədə İranın Həcc və zəvvarlıq təşkilatının rəhbəri Nəsrulla Fərəhmənd deyib. Onun sözlərinə görə, bu il 90 minə yaxın iranlı zəvvarın Həccə gedəcəyi gözlənilir.

Xəzərin sahilini çirkləndirən vəzifəli şəxslər 42 min manat cərimə olunublar

31 İyul 2017 15:57

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi tədbirlər zamanı paytaxtın Səbail, Binəqədi, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazisində İnzibati Xətalar Məcəlləsinin 244-cü (torpaqların zibillənməsi və korlanması), 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozmuş 34 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilən cərimələr 42.850 manat təşkil edib.

"Azərbaycan dövləti sosial müdafiəyə ehtiyacı olanlara öz yardımını göstərir"

31 İyul 2017 15:54

"Azərbaycanda həyata keçirilən sosial siyasətin bir neçə istiqaməti var və bu siyasət insanların keyfiyyətli həyat sürməsinə yönəlib". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev deyib.

Azərbaycan İndoneziyada təbliğ olundu

31 İyul 2017 15:48

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasının IV kurs tələbəsi Gülnar Babazadə İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüd Proqramı çərçivəsində İndoneziyanın Bali əyalətinin Denpasar şəhərində təcrübə keçir. Universitetdən “Olaylar” – a bildirilib ki, Gülnar Babazadənin buradakı fəaliyyəti yalnız İndoneziya dilini, Bali mədəniyyəti və incəsənətini öyrənməklə məhdudlaşmır. O, müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan mədəniyyətini İndoneziyada təbliğ etmək üçün də təşəbbüs göstərir.