Bakının mərkəzindəki restoranda insident: ərəb turist hesabı vermək istəmədi

Bakının mərkəzində yerləşən restoranda ərəb turistin etdiyi xuliqanlıq əməli ilə bağlı bəzi məqamlar üzə çıxıb.  İçərişəhərdəki "Tac Mahal" restoranının sahibi, Pakistan vətəndaşı 1971-ci il təvəllüdlü Malik Azhar Abbas Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxsin 57 manatlıq hesabı ödəmək istəməməsindən sonra narazılığın yarandığını bildirib: "Həmin şəxs hesabı ödəmək istəmirdi. Mən yaxınlaşdım və məsələ ilə bağlı 102-yə zəng edərək məlumat verdim. Sonra polislər gəldi, turist hesabı ödədi və beləliklə, məsələ həll edildi".

İş adamı əlavə edib ki, müştəri ona hücum etməyib və restoranda dava-dalaş baş verməyib.
 
Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31