Gündəm

Nüfuzlu gəmiçilik şirkəti GAC nümayəndələri AXDG-də olublar

31 İyul 2017 18:02

İyulun 31-də dünyanın nüfuzlu gəmiçilik şirkətlərindən olan GAC-ın  rəsmi nümayəndələri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olublar. “OLAYLAR”-ın xəbərinə görə, "AXDG" QSC-nin sədri Rauf Vəliyev GAC-ın  vitse-prezidenti Erland Ebbersten və regional  meneceri Stüart Makdonalda Gəmiçiliyin  gördüyü işlər, beynəlxalq şirkətlərlə birgə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Öz növbəsində qonaqlar təmsil etdikləri şirkətin fəaliyyətindən danışıblar. Bildiriblər ki, GAC-ın   dünyanın 50-dən çox ölkəsində 300-ə yaxın ofisi fəaliyyət göstərir. Xəzər dənizinin Türkmənistana aid olan sularında reallaşdırdıqları layihələr haqqında məlumat verən şirkət rəsmiləri AXDG ilə də  əməkdaşlığa  hazır olduqlarını deyiblər.

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin ən önəmli tərkib hissəsidir

31 İyul 2017 18:01

İyulun 31-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” adlı konfrans keçirib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, konfransın məqsədi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində görülən işlər, bu sahədə qarşıda duran məsələlərin müzakirə edilməsi olub. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, media təmsilçiləri, ziyalılar və gənclər iştirak ediblər.

Şenol Günəş Türkiyə millisinin baş məşqçisi oldu - DHA

31 İyul 2017 17:59

Fatih Terimin qəfil istefasından sonra Türkiyə millisində boş qalan baş məşçi postuna Şenol Günəş gətirilib. Bu haqda DHA məlumat yayıb.

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

31 İyul 2017 17:56

Bu gün Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2017-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş prokuror: "Bu il qeydə alınmış 78 qəsdən adam öldürmə cinayətindən 76 hadisənin açılması təmin olunub"

31 İyul 2017 17:54

Azərbaycanda bu il qeydə alınan cinayət hadisələrinin statistikası açıqlanıb. Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2017-ci ilin birinci yarımilində istintaq və əməliyyat-axtarış fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,3% yaxşılaşaraq 85,4% təşkil edib, həmçinin daxili işlər orqanları ilə birgə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində əvvəlki illərdən bağlı qalmış 288 cinayətin açılması təmin edilib.

Zakir Qaralov: "Bir yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb"

31 İyul 2017 17:52

Azərbaycanın Baş prokuroruZakir Qaralov ermənilərin Azərbaycanın dins sakinlərinə qarşı törətdiyi cinayət hadisələrindən danışıb.  Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq bu il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri - 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması, digər mülki şəxs 52 yaşlı Səlminaz Quliyevanın ağır bədən xəsarətlər alması, eləcə də vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktlarına görə Füzuli rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılıb.

Azərbaycanda 5 prokurorluq işçisi tutduğu vəzifədən azad olunub, 1-i isə prokurorluq orqanlarından xaric edilib

31 İyul 2017 17:50

Bu il Azərbaycanda cəzalandırılan prokurorluq işçilərinin sayı açıqlanıb. Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb: “Çox ciddi tələbkarlıq və prinsipiallıq  şəraitinin yaradılmasına baxmayaraq, 2017-ci ilin birinci yarımilində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.

Zakir Qaralov: “Həbsdə olan MTN əməkdaşlarının 56 milyon manat dəyərində əmlakına həbs qoyulub”

31 İyul 2017 17:47

Azərbaycanın Baş prokuroruZakir Qaralov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan cinayət işlərindən danışıb.  Zakir Qaralov bu gün Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində qeyd edib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda böyük ictimai rezonansa səbəb olmuş bəzi cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 26 şəxs barəsində 18 iş üzrə yüksək peşəkarlıqla istintaqının yekunlaşdırılaraq məhkəmələrə göndərilib: “Belə ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib”.

Qətər bütün təklifləri rədd etdi

31 İyul 2017 17:23

Qətər BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misirdən ibarət körfəz koalisiyasının tətbiq etdiyi diplomatik və iqtisadi blokadanı qaldırmaq üçün verdiyi şərtli dialoq təklifini rədd edib. Bu barədə Qətərin xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdurrəhman əs-Sani məlumat verib. Bəhreynin xarici işlər naziri Şeyx Xalid ibn Əhməd Əl Xəlifə koalisiya ölkələrinin xarici işlər nazirlərinin toplantısında Qətərlə dialoqa girməyə hazır olduqlarını deyib.

"Azərbaycan ordusu apreldə daha çox ərazini azad etməli idi" - İran rəsmisi

31 İyul 2017 17:16

"Biz öz torpaqlarımızın izzətini necə istəyiriksə, Azərbaycan üçün də o cür izzət və başucalığı istəyirik". Bunu  İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli deyib.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi: NATO ilə əməkdaşlığı genişləndirməklə Ermənistan iki cəbhəyə oynamağa çalışır

31 İyul 2017 17:14

Ermənistanın NATO ilə əməkdaşlığı genişləndirməsi onu göstərir ki, Yerevan iki cəbhə boyunca oynamağa çalışır. Bunu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, bu gün Gürcüstanda başlayan və NATO-nun himayəsi altında keçirilən çoxmillətli hərbi təlimlərdə iştirak etməklə Ermənistan Rusiya ilə yanaşı Qərb koalisiyası ilə də münasibətləri qoruyub saxlamağa çalışır: “Məlumdur ki, bu gün bir çox ölkə NATO ilə əməkdaşlığı dəstəkləyir. Biz görürük ki, Gürcüstan tam şəkildə alyansın müttəfiqidir. Azərbaycan, Qazaxıstan, Belarus Qərb koalisiyası ilə sıx münasibətlər saxlayır. Bununla belə, bu ölkələrin heç biri NATO təlimlərində iştirak etmir”.

Rəqsanə 30 ildən sonra qardaşını tapdı

31 İyul 2017 17:11

Müğənni Rəqsanə İsmayılova 30 ildən sonra qardaşını tapıb. Sənətçi "Xəzər maqazin"ə açıqlamasında deyib ki, qardaşı atasının ikinci evliliyindən dünyaya gəlib: "Bir gün mənə mesaj gəldi ki, qardaşınam və şəklini atdı.

Bibisindən nimdaş tikiş maşını miras qaldı: 35 milyon dollar qazandı

31 İyul 2017 17:09

Ölmədən öncə son dəfə bibisini ziyarət edən Karl Sabatinoya nimdaş tikiş maşını miras qalıb. Bibisi Karlı yanına çağırıb və son nəfəsində ona tikiş maşını miras qoyduğunu deyir.

Ermənistan rəhbərliyi bölgədə sülh istəmədiyini açıq aşkar nümayiş etdirir

31 İyul 2017 17:03

“Ermənistanın dövlət rəhbərləri regionda sülhün bərqərar olmasını istəmədiyini, regional təhlükəsizliyə təhdid yaratdığını əyani şəkildə ortaya qoymaqdadır”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib.

Təhsil naziri Tovuz şəhərində vətəndaşları qəbul edib 

31 İyul 2017 17:01

İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.