Gündəm
“Qarabağ” bu gün Moldovada son məşqinə çıxacaq
“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Şerif”in qonağı olacaq. Ağdam təmsilçisi bu gün cavab matçı öncəsi son məşqinə çıxacaq.
Novosti-Armeniya: “Ermənistanda doğum halları azalıb” - STATİSTİKA
Ermənistan əhalisinin sayı get-gedə daha çox azalmağa başlayır. Belə ki, ildən-ilə ölkəni tərk edənlərlə yanaşı, xalqın acınacaqlı vəziyyəti doğum hallarının azalması, ölüm hallarının isə artması ilə nəticəsini tapmaqdadır. O cümlədən, ölkənin süquta uğradığı bir vaxtda oranı tələm-tələsik tərk edənlərin bir çoxunun ümumiyyətlə, geri dönməyəcəkləri barədə informasiylar təsdiqini tapmaqdadır.
Ermənistan Aİİ peşmançılığı: “Sanksiyalardan ən çox zərər görən biz olacağıq”
Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı Rusiyanın rəhbərliyi altında yaradılıb. Odur ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar dolayı yolla bu ittifaqa üzv ölkələrin iqtisadiyyatına də təsirsiz ötüşməyəcək. Artıq bu məsələ Ermənistan gündəmində çox qabardılır və görünən odur ki, ölkənin rəhbərliyi bundan xeyli narahatdır.
İş adamı avtomobilində güllələndi - Türkiyədə
Türkiyənin Ağrı şəhərində 63 yaşlı iş adamı Camal Altıntaş avtomobilində məruz qaldığı silahlı hücum nəticəsində dünyasın dəyişib. Hadisə, bu gün səhər saat 7 radələrində baş verib. Avtomobilinə minən Camal Altıntaşa başqa bir avtomobildən atəş açılıb. Nəticədə Altıntaş hadisə yerində həyatını itirib.
İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Doris Loytharda təbrik məktubu göndərib.
Prezident Xızrı Şıxsəidovu "Dostluq" ordeni ilə təltif etdi
Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi təsdiq edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
İlham Əliyev kino xadimlərini mükafatlandırdı - SİYAHI
Müslüm Maqomayevin 75 illik yubileyi keçiriləcək
“Google Play” yükləmələrin sayına görə “App Store”u 2 dəfə üstələyir
"App Annie" şirkəti 2017-ci ilin ikinci rübü üçün yeni tədqiqat apararaq "Google Play" əlavələr mağazasında yükləmələrin sayının 15 milyardı ötməsini açıqlayıb. Bu, "App Store" əlavələr mağazasından 135 faiz çoxdur.
Qadın hərbiçini əsgərlər zorladı - Görüntülər yayıldı
İngiltərə ordusunun Falkland Adalarındakı hərbi hissəsində xidmət edən Rebekka Krookshankın paylaşdığı görüntülər görənləri dəhşətə gətirib. Falkland Adalarında xidmət edən Rebekka dəniz donanmasında zorlandığı söyləyən qadın hərbiçilərdən biridir.
Şəkidə yanğın
Şəki rayonunda yanğın hadisəsi baş verib. FHN xəbər verir ki, ilkin məlumata əsasən, Şəki rayonu, Biləcik kəndində meşə zolağında kol-kos və quru ot yanır.
Prezident Çingiz Qənizadəni “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Məni cinlər göndərdi”, deyib küçədən keçən hər kəsə bunu ETDİ - ŞOK VİDEO
Türkiyənin Tekirdağ bölgəsində psixoloji problemləri olan 31 yaşlı Yunus Admış əlindəki bıçaqla küçədə qarşına çıxan hər kəsə hücum edib. “Məni cinlər göndərdi” deyərək, insanlara hücum edən Y.Admış biri ağır olmaqla 3 nəfəri yaralayıb. Dəhşətli hücum anı kameralara düşüb.
Zakir Qaralov: "Bir yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb"
Azərbaycanın Baş prokuroruZakir Qaralov ermənilərin Azərbaycanın dins sakinlərinə qarşı törətdiyi cinayət hadisələrindən danışıb. Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq bu il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri - 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması, digər mülki şəxs 52 yaşlı Səlminaz Quliyevanın ağır bədən xəsarətlər alması, eləcə də vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktlarına görə Füzuli rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılıb.














