Novosti-Armeniya: “Ermənistanda doğum halları azalıb” - STATİSTİKA

Ermənistan əhalisinin sayı get-gedə daha çox azalmağa başlayır. Belə ki, ildən-ilə ölkəni tərk edənlərlə yanaşı, xalqın acınacaqlı vəziyyəti doğum hallarının azalması, ölüm hallarının isə artması ilə nəticəsini tapmaqdadır. O cümlədən, ölkənin süquta uğradığı bir vaxtda oranı tələm-tələsik tərk edənlərin bir çoxunun ümumiyyətlə, geri dönməyəcəkləri barədə informasiylar təsdiqini tapmaqdadır.

Ermənistan əhalisinin sayı get-gedə daha çox azalmağa başlayır. Belə ki, ildən-ilə ölkəni tərk edənlərlə yanaşı, xalqın acınacaqlı vəziyyəti doğum hallarının azalması, ölüm hallarının isə artması ilə nəticəsini tapmaqdadır. O cümlədən, ölkənin süquta uğradığı bir vaxtda oranı tələm-tələsik tərk edənlərin bir çoxunun ümumiyyətlə, geri dönməyəcəkləri barədə informasiylar təsdiqini tapmaqdadır.

Xüsusilə rəsmi rəqəmlərin açıqlanması özü-özülüyündə işğalçı ölkənin aşkar durumunu göz önünə sərir. Belə ki, cari ildə də Ermənistanın əhalilsinin sayı kifayət qədər azalıb. "Siyahıyaalma uçotunun göstəricisnə görə, 2011-ci illə müqayisədə 2017-ci il 1 iyul tarixində əhalinin sayı rəsmi olaraq 2 milyon 979,9 min nəfərə qədər azalıb". SİAxəbər verir ki, Ermənistanın milli statistika xidmətinin rəsmi məlumatını novosti-armeniya saytı yayıb.

Şəhər və kəndlərdə demək olar ki, adam qalmayıb

Məlumatda bildirilir ki, əhalinin sayı 1 iyul 2017-ci ildə 2016-cı illə müqayisədə 15,2 min nəfər azalıb. 1 yanvar 2017-ci ilin 1 yanvar tarixi ilə müqayisədə isə 6,2 min nəfər azalma müşahidə olunub. Adıçəkilən xidmətin digər məlumatına görə, Ermənistanın şəhər əhalisinin sayı iyunun sonuna 1898 nəfər təşkil edib ki, burada da 7,7 min nəfərin azalması göstərilir. Belə ki, Yerevan əhalisinin sayı 1 milyon 075,1 mindir.

Kənd yerində isə əhalinin sayı isə 7,5 min insandan 1081,9 nəfərə qədər enib. Eləcə də 2017-ci ilin yanvar-iyun ayı müddətində respublikada doğulan uşaqların sayı 6,6%-dən 17 169 nəfərə qədər enib. Ölüm halları isə ötən müddət ərzində 2,1 % artaraq 14 709 nəfəri təşkil edib. Beləliklə, bildirilir ki, 1 yanvar 2016-cı il hesablamalarına görə, 70-ci illərdən bu yana Ermənistanın əhalisinin sayı ilk dəfə 3 milyondan azdır.

Suriyada müharibə gedən ərazilərdə yaşamaq, istər Ermənistanda, istərsə sə "dqr" yaşamaqdan daha rahatdır

Onu da qeyd edək ki, bu gün Qarabağdakı ərazilərimizin 20 faizini işğal altında saxlayan Ermənistan yaratdığı problemləri üzündən bütün sahələrdə süquta uğramaqla yanaşı, "dqr"dəki insanları da orada saxlaya bilmir. Belə ki, Suriyadan köçürülmüş ailələr artıq oradakı düzümsüzlük, həyat şəraitinin mürəkkəbliyi üzündən yenidən doğulduqları ərəb ölkəsinə geri-dönürlər. Hətta bildirirlər ki, Suriyada müharibə gedən ərazilərdə yaşamaq, istər Ermənistanda, istərsə sə "dqr" yaşamaqdan daha rahatdır.

Beləliklə, Ermənistanın mövcud vəziyyəti təcavüzkar siyasətinin bariz nəticələrini ortaya qoyur və belə davam edərsə, nə Ermənistanda, nə də "dqr"də ümumiyyətlə, insanların yaşaması mümkün olmayacaq. Hər halda statistikialar da belə qənaətə gəlməyə zəmin yaradır. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31