Gündəm
Mənzil-muzeydə “Açıq qapı” günü
Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin vəfatından 33 il ötür. Bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək. Bundan başqa, Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunacaq.
Afinada GÜCLÜ YANĞIN
Yunanıstanın paytaxtı Afinanın cənubunda boş ərazidə güclü yanğın baş verib. Yanğının söndürülməsinə üçün 70-ə yaxın yanğınsöndürən cəlb olunub. Alovun güclənməsinə güclü külək də təsirsiz ötüşməyib.
Tarixdə ən kiçik peyk orbitə çıxarılıb
"Breakthrough Starshot" layihəsinin "Sprite" mikrozondları - 3,5×3,5 sm ölçüsündə və 4 qram çəkisində miniatür peyklər uğurla orbitə çıxarılaraq Yerə siqnal ötürməyə başlayıb.
Yeni üsul informasiyanı itkisiz ötürəcək
Çinin Syamın Universitetinin tədqiqatçıları iki xüsusiyyətə - özünü fokuslama və optik effektə malik optik linza hazırlayıblar. İndiyədək birlikdə nümayiş etdirilməyən xüsusiyyətlər Talbot adlanan effekt sayəsində “işıq kodu”nu yaratmağa imkan verib.
Norveçdə avtonom gəmilər suya buraxılıb
Norveçin "Yara" kimya konserni və "Kongsberg Group" şirkəti "ağıllı" yük gəmiləri yaratmaq məqsədilə birgə layihə həyata keçirməyə başlayıb.
Dünyanın ən güclü smartfonu hansı olacaq?
Son illər Çin və Cənubi Koreya texnoloji şirkətləri yüksək məhsuldarlığa malik məhsulun buraxılışında “Apple” şirkətinə çatmaq və onu geridə qoymaq baxımından yaxınlaşıblar. Lakin əldə olunan məlumatlar Apple” şirkətinin yeni “iPhone 8” smartfon modelinin yaxın gələcəkdə ən güclü smartfon adını özündə saxlayacağından xəbər verir.
Dostlarla yazışmaq iş vaxtının daha xoş keçməsinə səbəb olur
Eyni vaxtda bir neçə iş görmək işin keyfiyyətini aşağı salır. Ohayo Universitetinin alimi Çjen Van deyir ki, ancaq bu, insanın əhvalını yaxşılaşdırır. 19 tələbənin iştirakı ilə aparılan eksperiment də bunu sübut etmişdir. Onlar imtahanlara hazırlaşarkən musiqiyə qulaq asmış və dostları ilə yazışmışlar.
Yaşa uyğun qidalanma
Bir sıra elm adamları qidalanma ilə bərabər vitamin və mineral qəbulunun da yaş qruplarına görə təyinini müdafiə edirlər. Bu məlumat Türkiyənin sağlamlıqla əlaqədar internet saytlarının birində dərc edilib. Həmçinin həblərlə deyil, təbii yollarla təmin edilməsinin lazım olduğu da vurğulanıb. Yaşlanma müddətini yavaşlatmaq üçün isə lazımi prosedurlardan əlavə qəbul olunan qidalar keyfiyyətli olmalıdır. Yetkinlikdən 50 yaşadək hər yaş qrupu sağlam və gümrah olmaq üçün düzgün qidalanmağa üstünlük verməlidir.
Xəbərdarlıq: Dar geyim insanlarda ciddi xəstəliklər yaradır
Mütəxəssislər insanlara səhhətlərini qorumaq üçün enli paltarlar geyinməyi məsləhət görürlər. İngiltərə alimləri dar şalvar, korsetlər və sıx paltarların ciddi xəstəliklərə səbəb ola biləcəyini müəyyənləşdiriblər.
Bu içkilər artıq çəkini əritməyə təsirlidir
İlk öncə onu qeyd etmək lazımdır ki, çəki problemi olanlar lazımi miqdarda maye qəbuluna fikir verməlidir. Bu prosedur bədənin formada qalmasına, incəlməsinə təsir göstərəcək.
Zəhərli kərtənkələnin tüpürcəyi iştahanı küsdürür
Gila kərtənkələsinin zəhəri iştahanı xeyli aşağı sala bilər. Alimlərn siçanlar üzərində apardıqları eksperimentlər göstərib ki, kərtənkələ tüpürcəyindən hazırlanmış preparatı qəbul edən gəmiricilər şokolad yeməkdən imtina ediblər. Kərtənkələ tüpürcəyində eksedin-4 maddəsi vardır. Həmin maddə qida məhsulundan asılılığa nəzarət edən beyinə təsir edə bilir.
Bu qidalar yaddaşı gücləndirməyə təsir edir
Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.
Orqanizmi toksin və mikroblardan bir günə təmizləyən ÜSUL
Müasir elmdə "sərbəst radikallar" adlandırılan zəhərli maddələr təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi nəticəsində orqanizmdə toksinlər yığılır.
Kişini qadından soyudan 10 SƏBƏB: Əsla belə etməyin
Bəzən xanımlar qarşı cinsin nümayəndələrinin onlara qarşı soyuq münasibətindən gileylənirlər. Bunun səbəbini kişilərin üzərinə atmadan öncə yaxşı düşünmək lazımdır. Bəlkə elə günah özümüzdədir?!
"Barselona" Koutinyo ilə razılığa gəldi
"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyo ilə razılığa gəlib. 25 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə 5 illik müqavilə imzalanacaq. Bu transfer üçün "Barselona" İngiltərə klubuna 85 milyon avro ödəyəcək.














