Yaşa uyğun qidalanma
Bir sıra elm adamları qidalanma ilə bərabər vitamin və mineral qəbulunun da yaş qruplarına görə təyinini müdafiə edirlər. Bu məlumat Türkiyənin sağlamlıqla əlaqədar internet saytlarının birində dərc edilib. Həmçinin həblərlə deyil, təbii yollarla təmin edilməsinin lazım olduğu da vurğulanıb. Yaşlanma müddətini yavaşlatmaq üçün isə lazımi prosedurlardan əlavə qəbul olunan qidalar keyfiyyətli olmalıdır. Yetkinlikdən 50 yaşadək hər yaş qrupu sağlam və gümrah olmaq üçün düzgün qidalanmağa üstünlük verməlidir.
31 İyul 2017 19:35 SosialBir sıra elm adamları qidalanma ilə bərabər vitamin və mineral qəbulunun da yaş qruplarına görə təyinini müdafiə edirlər. Bu məlumat Türkiyənin sağlamlıqla əlaqədar internet saytlarının birində dərc edilib. Həmçinin həblərlə deyil, təbii yollarla təmin edilməsinin lazım olduğu da vurğulanıb. Yaşlanma müddətini yavaşlatmaq üçün isə lazımi prosedurlardan əlavə qəbul olunan qidalar keyfiyyətli olmalıdır. Yetkinlikdən 50 yaşadək hər yaş qrupu sağlam və gümrah olmaq üçün düzgün qidalanmağa üstünlük verməlidir.
Uşaqlıq və yetkinlik dövrlərində doğru qidalanmaya mümkün qədər tez fikir verilməlidir. Uşaqlıq və yetkinlik illəri böyümə və inkişaf dövrləri olduğundan bu dövrdə vitamin və minerallara laqeyd yanaşılmamalıdır. Kalsium sümüklərin və dişlərin inkişafı üçün vacib olduğundan süd və süd məhsullarından istifadə vacibdir.
Ayrıca həyatlarının irəliləyən dövrlərində ürək xəstəlikləri və Alzheimer riski ilə qarşı-qarşıya qalmaq istəməyən gənclər indidən tərkibi yüksək nisbətdə olan yağlardan, xüsusilə doymuş yağlardan uzaq dayanmalıdırlar. Yetkinlik dövründə bəzi qızlarda dəmir əskikliyi olarsa, istəyə görə ət və qabıqlı dəniz məhsulları, kartof, yarpaqlı tərəvəzlər kimi dəmir baxımından zəngin olan bir proqram tərtib edə bilərlər.
İnsan həyatının məhsuldar dövrü hesab olunan 20 və daha çox yaş dövrləri hərəkətli dövr olduğundan sağlam həyat üçün vacibdir. Bu dövrlərdə düzgün qidalanmaq əhəmiyyətlidir. Karbohidratlar, nişastalı qidalar, tərəvəz, meyvə, süd və protein məhsulları ilə bərabər, zəngin balıq, yumurta, fındıq yeyerək balanslı bir qida rasionu tətbiq etmək olar. Ehtiyacınız olan vitamin və mineralları da bu yolla almaq mümkündür. Həmin dövrlərdə ana-ata olmağı planlayanlar isə qidalanma siyahılarında vacib qidalara üstünlük verməlidir. Ət, balıq, süd, yumurta, qoz-fındıq, soğan və pendir sperma istehsalına və bədənin sinkə olan ehtiyacını ödəmək baxımından gərəkli qidalar hesab olunur. Maqnezium əzələləri rahatlaşdırıcı təsiri ilə ədəd dövründə meydana gələn qarın kramplarının aradan qaldırılmasına kömək edir. Məlumatda həmçinin soya bitkilərində, paxlalılarda, balıqda, ətdə, lifli yaşıl tərəvəzlərdə, bananda və almada, quru ərik meyvəsində bol miqdarda maqnezium olduğu bildirilir.
30 yaşı olanlar və uşaq sahibi olmağı düşünən hamilə qadınlar qidalanma siyahılarına həm hamiləlikdən əvvəl, həm də hamiləliyin ilk üç ayında 400mcg fol turşusu əlavə edə bilərlər. Məlumata görə fol turşusu, körpənin ana qarınında sağlam bir şəkildə inkişaf edə bilməsi baxımından həyati əhəmiyyət daşıyar. Kişi və qadın məhsuldarlığı üçün bu yaşlarda sink və E vitamini əhəmiyyətli hesab olunur.