Azərbaycan beynəlxalq investorlar üçün etibarlı tərəfdaşdır- ÖZƏL
16:01 Siyasət"Azərbaycanın iqtisadi inkişafında son illərdə əldə olunan nəticələr ölkəmizin qarşısında yeni və daha geniş perspektivlər açıb. Sabit iqtisadiyyatın, müstəqil maliyyə sisteminin, əlverişli investisiya mühitinin və güclü infrastrukturun formalaşdırılması Azərbaycanın qlobal iqtisadi proseslərdə mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı da ölkəmizin qarşıdakı dövr üçün iqtisadi prioritetlərini, investisiya imkanlarını və inkişaf strategiyasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoyub". "Olaylar" xəbər verir ki, bunu YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Azərbaycanın iqtisadi siyasətinin mühüm xüsusiyyətlərindən biri əldə edilmiş nəticələrlə kifayətlənməmək, mövcud potensialdan daha səmərəli istifadə etməklə yeni inkişaf imkanları yaratmaqdır. Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi Azərbaycanın beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi formalaşdığını göstərir.
Bu uğurlar təsadüfi deyil. Siyasi və iqtisadi sabitlik, müstəqil maliyyə sistemi, aşağı dövlət borcu, sabit milli valyuta, genişmiqyaslı infrastruktur layihələri və investorların fəaliyyətini dəstəkləyən mühit Azərbaycanın iqtisadi modelinin əsas dayaqlarını təşkil edir. Məhz bu amillər ölkəmizin uzunmüddətli investisiyalar üçün cəlbediciliyini artıran mühüm şərtlər sırasında yer alır.
Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri iqtisadiyyatın daha da şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir. Bu istiqamətdə ölkənin malik olduğu təbii və insan resurslarından, coğrafi mövqedən, enerji və logistika imkanlarından daha geniş istifadə olunması xüsusi əhəmiyyət daşıyır. Hazırda ÜDM-də qeyri-neft sektorunun payının 70 faizdən çox olması bu sahədə görülən işlərin nəticəsini göstərir. Eyni zamanda ixrac strukturunun daha da şaxələndirilməsi qarşıdakı dövrdə iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi müəyyənləşir