Gündəm

"Bu il III qrupda qəbul nəticələri daha da yaxşılaşıb"

1 Avqust 2017 11:28

Müəyyən qruplarda bu ilki qəbul göstəriciləri ötən ilki səviyyədir, ancaq III qrupda qəbul nəticələri bu il daha da yaxşılaşıb.  Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ümumi nəticəni götürdükdə deyə bilərik ki, bu ilki nəticələr ötən ilki səviyyədədir: "Ancaq qruplar üzrə fərqlər var. Ötən il II qrupda daha yüksək nəticələr var idi, bu il isə nəticələr bir qədər aşağıdır. Bu, daha hazırlıqlı abituriyentlərin hansı qrupu seçməsindən asılıdır. Məsələn, IV qrupu yalnız hazırlıqlı abituriyentlər seçirlər".

268 min hektar ərazidə tədqiqat aparıldı

1 Avqust 2017 11:25

Bu ilin birinci yarımilliyində 268 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Bildirilir ki, 800 min hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işlərinin, 550 min hektar ərazidə çöl geobotaniki tədqiqat işlərinin aparılması planlaşdırılır.

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayıb   

1 Avqust 2017 11:23

Avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi, “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1-22 avqust tarixlərində "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçiriləcək.

Dini maarifləndirmə tədbiri keçirilib

1 Avqust 2017 11:22

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb. DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dininin həmrəylik, dostluq və qardaşlıq kimi dəyərlərin daşıyıcısı olduğunu bildirib və İslamda həmrəylik ideyaları və çağırışları barədə məruzə edib.

SOCAR-da Arizona ştatının Nümayəndələr Palatasının spikeri ilə görüş keçirilib

1 Avqust 2017 11:20

SOCAR Tower-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüş keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 2013-cü ildən SOCAR və Arizona ştatının biznes qurumları arasında sıx əlaqələrin qurulduğunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən irihəcmli enerji layihələri çərçivəsində qazanılmış uğurlar, ölkəmizin, bütövlükdə regionun sosial-iqtisadi inkişafında bu layihələrin rolu haqqında qonağa ətraflı məlumat verib.

Bu gündən cərimələr yazılacaq, əgər...

1 Avqust 2017 11:15

Bu gündən avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaq. Bu barədə  Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib: “İyulun 31-də xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatıb.

Türkiyənin yeni raketləri ABŞ-ı QORXUYA SALDI

1 Avqust 2017 11:13

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Cef Davis Türkiyənin Rusiyadan S-400 ballistik raket sistemi alma planlarından ölkəsinin narahatlıq keçirdiyini etiraf edib.

Ayda ölmək istəyənlərə ŞAD XƏBƏR

1 Avqust 2017 11:11

Amerika Federal Aviasiya Administrasiyası özəl şirkətlərdən birinə Aya kosmik vasitə göndərmək üçün icazə verib. Bunun ardından "Celestis" şirkəti "Moon Express" şirkətilə Aya səyahət çantası adlı maraqlı layihə üzərindən müqavilə imzalayıb.

Azərbaycanda iti maşına bağlayıb sürüdülər – VİDEO

1 Avqust 2017 11:10

Azərbaycanda iti maşına bağlayıb sürüyüblər. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. İti avtomobilinə bağlayıb sürüyən şəxslərin hərəkəti görən yoldan keçən xanım öz maşınını saxlayaraq sürücülərə etirazını bildirib. O, həmin şəxslərə yaxınlaşaraq iti əllərindən alıb.

"Bavariya"nı keçmiş oyunçusu Türkiyəyə doğru addımlayır

1 Avqust 2017 11:09

"Fənərbağça" almaniyalı Holger Badştuberi transfer etmək istəyir. İstanbullular müdafiə xəttinin əsas oyunçularından olan Simon Kyaeri "Sevilya"ya göndərdikdən sonra boşalan mövqeyə yeni oyunçu almaq istəyir. Hazırda azad agent olan mərkəz müdafiəçisinin türk klubuna keçidi real görsənir.

Tramp: "Maduro indi nəinki pis oğlan, həm də diktatordur"

1 Avqust 2017 11:06

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu mütləq hakimiyyəti ələ keçirmiş diktator sayır. Bunu ABŞ prezidentinin mili təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster deyib.  

Yay məktəbində çinli iştirakçı ilə görüş

1 Avqust 2017 10:51

Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları ilə “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində-Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçısı Honkonqdan olan Lü Meyi arasında görüş keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ADU-da Çinşünaslıq ixtisası üzrə təhsilin və elmin uğurlu inkişafı, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə qonağa ətraflı məlumat verib.

Emmanuel Makron onun ölümünə təəssüfləndi

1 Avqust 2017 10:40

Fransız kinosunun əfsanəvi aktrisalarından olan  Jeanne Moreau 89 yaşında Parisdəki evində  vəfat edib. 1928-ci ildə dünyaya gələn Jeanne Moreau “Yeni Dalğa” – nın məşhur rejissorları ilə birgə çalışıb. Fransua Truffaut imzalı filmdə “Unudulmayan sevgiliyə” filmindən sonra aktrisa Kann film festivalında “Ən yaxşı qadın aktrisa”  mükafatına layiq görüldü. “Yeddi gün, yeddi gecə” filmi isə Jeanne Moreaunun karyerasının dönüş nöqtəsi oldu. Film dünyasında feminist bir portret çəkən aktrisa bir çox nüfuzlu mükafatlara layiq görüldü. Fransa prezidenti Emmanuel Macron aktrisanın vəfatına üzülərək  “Nizama qarşı duran azad bir ruh idi" – fikirlərini səsləndirib.

Məşhur yazar evində ölü tapıldı

1 Avqust 2017 10:04

Amerika teatrının önəmli yazarlarından olan, qara yumor, irreal və qorxuducu animsasiyaları ilə tanınan Sam Shepard Kentuckydakı evində ölü tapılıb. Shepardın ölüm səbəbi kimi  amiotrofik lateral skleroz (ALS) xəstəliyinin səbəb olduğu bildirilir.

Məşhur memar həbs oluna bilər

1 Avqust 2017 09:50

Türkiyəli məşhur memarın həbs olunması tələb olunur. “Olaylar” bildirir ki, memar Səlim Yuhayın keçmiş həyat yoldaşı "Üç uşağı ilə maraqlanmır"  iddiası ilə memarın 1 ilə qədər həbs olunmasını tələb edir. Türkiyədə bir neçə kanalda yayımlanan "Güle Güle Oturun" proqramının yaradıcısı və aparıcısı məşhur memar Səlim Yuhay ilə Evlin Avidor iki il əvvəl razılaşma yolu ayrılmışdılar. Avidorun şəxsi əşyaları arasında tapdığı gündəliklə məhkəməyə müraciət edən Yuhay, keçmiş həyat yoldaşının evli olduqları zaman ona xəyanət etdiyini bildirmişdi.