Yay məktəbində çinli iştirakçı ilə görüş

Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları ilə “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində-Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçısı Honkonqdan olan Lü Meyi arasında görüş keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ADU-da Çinşünaslıq ixtisası üzrə təhsilin və elmin uğurlu inkişafı, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə qonağa ətraflı məlumat verib.

Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları ilə "Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində-Azərbaycanda dinlərarası harmoniya" adlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçısı Honkonqdan olan Lü Meyi arasında görüş keçirilib.

Universitetdən "Olaylar" - a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ADU-da Çinşünaslıq ixtisası üzrə təhsilin və elmin uğurlu inkişafı, Çinin "Bir kəmər, bir yol" qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə qonağa ətraflı məlumat verib.

Lü Meyi qeyd edib ki, Azərbaycan kimi polietnik mühitdə cərəyan edən ideoloji prosesləri anlamaqda Azərbaycanın təcrübəsi gənclərə kömək edir. O, bildirib ki, Azərbaycan xalqı əsrlərdir mövcudluğunu sürdürən, etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə nadir multikulturalizm modeli ilə ehtirama layiqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31