Emmanuel Makron onun ölümünə təəssüfləndi
Fransız kinosunun əfsanəvi aktrisalarından olan Jeanne Moreau 89 yaşında Parisdəki evində vəfat edib. 1928-ci ildə dünyaya gələn Jeanne Moreau “Yeni Dalğa” – nın məşhur rejissorları ilə birgə çalışıb. Fransua Truffaut imzalı filmdə “Unudulmayan sevgiliyə” filmindən sonra aktrisa Kann film festivalında “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görüldü. “Yeddi gün, yeddi gecə” filmi isə Jeanne Moreaunun karyerasının dönüş nöqtəsi oldu. Film dünyasında feminist bir portret çəkən aktrisa bir çox nüfuzlu mükafatlara layiq görüldü. Fransa prezidenti Emmanuel Macron aktrisanın vəfatına üzülərək “Nizama qarşı duran azad bir ruh idi" – fikirlərini səsləndirib.
1 Avqust 2017 10:40 DünyaFransız kinosunun əfsanəvi aktrisalarından olan Jeanne Moreau 89 yaşında Parisdəki evində vəfat edib.
1928-ci ildə dünyaya gələn Jeanne Moreau "Yeni Dalğa" - nın məşhur rejissorları ilə birgə çalışıb. Fransua Truffaut imzalı filmdə "Unudulmayan sevgiliyə" filmindən sonra aktrisa Kann film festivalında "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görüldü. "Yeddi gün, yeddi gecə" filmi isə Jeanne Moreaunun karyerasının dönüş nöqtəsi oldu. Film dünyasında feminist bir portret çəkən aktrisa bir çox nüfuzlu mükafatlara layiq görüldü. Fransa prezidenti Emmanuel Macron aktrisanın vəfatına üzülərək "Nizama qarşı duran azad bir ruh idi" - fikirlərini səsləndirib.
Moreau 2009-cu ildə İstanbul Teatr Festivalı çərçivəsində İstanbula gələrək, Rumeli Hisarında səhnəyə çıxmışdı.