SOCAR-da Arizona ştatının Nümayəndələr Palatasının spikeri ilə görüş keçirilib

SOCAR Tower-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüş keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 2013-cü ildən SOCAR və Arizona ştatının biznes qurumları arasında sıx əlaqələrin qurulduğunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən irihəcmli enerji layihələri çərçivəsində qazanılmış uğurlar, ölkəmizin, bütövlükdə regionun sosial-iqtisadi inkişafında bu layihələrin rolu haqqında qonağa ətraflı məlumat verib.

SOCAR Tower-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüş keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 2013-cü ildən SOCAR və Arizona ştatının biznes qurumları arasında sıx əlaqələrin qurulduğunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən irihəcmli enerji layihələri çərçivəsində qazanılmış uğurlar, ölkəmizin, bütövlükdə regionun sosial-iqtisadi inkişafında bu layihələrin rolu haqqında qonağa ətraflı məlumat verib.

ABŞ-ın Azərbaycanda həyata keçirilən enerji layihələrinə göstərdiyi dəstək və Amerika şirkətlərinin bu layihələrdə iştirak etməsi görüşdə diqqət mərkəzində olub, Azəri-Çıraq-Günəşli layihəsində "ExxonMobil" şirkətinin iştirak etdiyi qeyd olunmuşdur. 2016-cı ildə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "ExxonMobil" şirkətinin eks-prezidenti, hazırda ABŞ-ın Dövlət Katibi Reks Tillersonla görüşündə Xəzərin Azərbaycan sektorunda həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparıldığı bildirilib. Qeyd olunub ki, Amerika enerji layihələrinin inkişafına dəstəyini bu gün də əsirgəmir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinə böyük önəm verir. SOCAR-ın İBM və digər nüfuzlu Amerika şirkətləri ilə əməkdaşlıq əlaqələri diqqətə çatdırılıb.

Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard 2013-cü ildə ştatın qanunverici orqanında Xocalı soyqırımı, ötən il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin müzakirə və qəbul olunmasında iştirak etdiyini nəzərə çatdırıb. Bakıya səfərdən məmnun olduğunu deyən qonaq Azərbaycanda hasil edilən enerji daşıyıcılarının Avropaya nəqlinin önəmli məsələ kimi gündəmdə olduğunu vurğulayıb və bildirib ki, Bakıda keçirdiyi görüşlərdə Arizona ilə münasibətlərə böyük əhəmiyyət verildiyinə şahid olub. Cavan Mesnard Arizona ştatının bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulamış, ölkəsinə döndükdən sonra Azərbaycanda gördüyü inkişaf barədə Nümayəndələr Palatası üzvlərinə məlumat verəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31