ABŞ-İran qarşıdurmasında seçki amili: Vaşinqtonun növbəti addımı nə olacaq?- ÖZƏL
16:37 Siyasət"ABŞ-da keçiriləcək aralıq seçkilər, təbii ki, bu ölkənin İrana qarşı münasibətlərinə də müəyyən mənada təsir göstərəcək. Burada, məsələn, aralıq seçkilər müxtəlif hadisələrdən təsirləndiyi kimi, İranda baş verən hadisələr fonunda da bu hadisələrin seçkilərə ciddi təsirləri yarana bilər. O təsirlər də müxtəlif formada ola bilər.Əgər Donald Trampın təmsil etdiyi partiya seçkilərə münaqişə şəraitində ABŞ-ın üstünlüyü ilə girərsə, bu o demək olacaq ki, artıq onların ABŞ-da səs alma ehtimalları da az və ya çox olmasından asılı olmayaraq yüksələcək. Yox, əgər real vəziyyət ABŞ-ın maraqlarına uyğun olmazsa və ya situativ olaraq ABŞ əməliyyatlarda çətinliklərlə üzləşmiş olarsa, bu, Trampın təmsil etdiyi partiyanın, yəni Respublikaçıların nüfuzuna da zərbə endirəcək və ABŞ daxilində seçicilər onlara səs verməkdən yan keçə bilər, alternativ partiyaya yönələ bilərlər".
Bu fikirləri beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:
"Ona görə də indi ABŞ-a fikir verirsinizsə, əməliyyatların kəsərliliyində müəyyən qədər yumşalmalar gedib. Yəni ABŞ əvvəllər daha kəskin zərbələr endirirdisə, indi artıq demək olar zərbələr endirilmir və bir növ sabitlik üçün sürdürülür.
Bunun səbəbi isə ondan ibarətdir ki, həmin kəskin zərbələr fonunda Amerika tərəfi İranla münasibətlərdə məqsədlərinə tam mənada nail ola bilməmişdir. Yəni müəyyən üstünlüklər qazanmışdılar. İranın xüsusən infrastrukturunun dağıdılması baxımından Amerika hədəfləri yaxşı vurmuşdur.
Ancaq qarşıya qoyulan digər məqsədlərdə - nüvə məsələsi, eyni zamanda İranda hakimiyyətin dəyişməsi məsələsi kimi əsas prioritet hesab olunan bu nüanslarda ABŞ-ın xeyrinə dəyişiklik olmadı. Və indi ola bilsin ki, Donald Tramp administrasiyası hesablayır ki, yenidən seçkilərə yaxınlaşdığımız müddətdə də belə kəskin zərbələr endirilirsə və nəticə verilməzsə, bu, onların nüfuzunu azalda bilər və nəticədə seçkilərin məğlubiyyətinə gətirib çıxara bilər. Bu halda isə, yəni zərbələrin baş tutmadığı, müəyyən mənada sabitliyin müşahidə olunduğu bu situasiyada Tramp və onun hakimiyyətindəki digər rəsmilər, Respublikaçıların digər nümayəndələri də rahat şəkildə çıxıb deyə bilərlər: "Biz İranı zərərsizləşdirdik, biz belə üstün gəldik, biz bu üstünlükləri əldə etdik". Amerika təkcə təhdid altında deyil, dünyada hegemonluğunu göstərir. Gördüyünüz kimi, biz İranın nüvə potensialını məhv etdik, yeraltı anbarlara zərbə endirə bildik, yerüstü infrastruktur yox dərəcəsindədir və sahiblənməklə, təbii ki, yerli seçici önündə özlərini haqlı çıxara bilirlər. Bax, o nöqtədə, bəli, mən kütləvi informasiya vasitələrində yayılan o fikirlə razılaşmaq olar ki, seçkilərdən sonra Respublikaçılar yenidən üstün gəlirlərsə, o halda zərbələrin şiddətlənməsi faktı ilə qarşılaşa bilərik.
Çünki İran hələ ABŞ-ın istədiyi o nöqtəyə gəlməyib, yəni ABŞ-ın diktə etdiyi şərtlərin hamısını olmasa da, müəyyən bir hissəsini Amerikanın maraqlarına uyğun olmaqla qəbul etmir. Bu da Vaşinqtonda qıcıq yaradır.
İndiki vəziyyətdə bu mümkün görülmür. Çünki belə bir şərtlə, yəni indiki reallığa uyğun şərtlə nəticə əldə olunsa, bu, ABŞ-ın maraqlarına, dünyaya elan etdikləri məqsədlərə çatma baxımından onların maraqlarına uyğun olmayacaq. Bu da, əlbəttə ki, dünya qarşısında ABŞ-ın hegemon mövqelərinin qırılması üçün zəmin hazırlaya bilər. Bu baxımdan ABŞ yəqin ki, hələ də maraqlı olacaq ki, İranı müharibə faktı ilə üz-üzə, infrastrukturunun dağılması riski ilə, iqtisadiyyatın çökməsi riski ilə, tamamilə çökməsi riski ilə üz-üzə saxlamaqla ondan istədiyi nəticəni əldə etsin. İran hakimiyyətinin qarşısına qoyduğu hədəflərdən heç olmasa müəyyən bir qisminə nail olsun".
Zeynəb Mustafazadə