Gündəm
Avqustun 15-dən ali məktəblərin boş qalan yerlərinə sənəd qəbulu aparılacaq
Avqustun 15-dən ali məktəblərin boş qalan yerləri elan olunacaq və həmin yerlərə sənəd qəbulu aparılacaq. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu proses avqustun 15-dən 19-dək həyata keçiriləcək.
Sunami 81 can aldı - DƏHŞƏT
Keçən ay Qrenlandiyada baş verən dəhşətli təbiət hadisəsindən sonra ərazidə çoxsayda sürüşmələr qeydə alınıb. 91 metrə yaxın nəhəng sunami dalğaları nəticəsində ətrafdakı yaşayış məskənləri dağıdıb. Adanın qərb sahillərini alt-üst edən fəlakət 81 nəfərin həyatını itirməsinə səbəb olub.
Gənclərin muzeylərə ekskursiyası təşkil edilib
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və M.Ə.Rəsulzadə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə əməkdaşların, Yeni Azərbaycan Partiyasının fəal gənclərinin və M.Ə.Rəsulzadə bələdiyyəsi gənclərinin iştirakı ilə Azərbaycan Milli Tarix Muzeyinə və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada muzeyin bələdçisi ətraflı məlumat verərək bildirib ki, bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Azərbaycan Milli Tarix Muzeyi, ikinci mərtəbədə isə Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi yerləşir. Öncə Milli Azərbaycan Tarixi Muzeyini gəzən ekskursiya iştirakçılarına məlumat verilib ki, bura Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir.
Tarixin ən böyük günəş tutulması yaxınlaşır — Vaxtı məlum oldu
Türkiyənin milli günəş observatoriyası tarixin ən böyük günəş tutulmasının yaxınlaşdığını bəyan edib. Günəş tutulması 21 avqust tarixində baş tutacaq. Mərkəzi İngiltərədə yerləşən observatoriyada fəaliyyət göstərən alimlər bildirir ki, tarixin ən böyük günəş tutulması sırasında Ay 90 dəqiqə Günəşin qarşısını kəsəcək.
Yanğın çətinliklə söndürüldü
Şəki rayonunun Bakkal kəndi yaxınlığında Göynük meşəbəyliyinin 2 saylı dolayında yanğın hadisəsi baş verib. Yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Çinin sərt çıxışı — "Koreya yarımadasındakı gərginliyə görə məsuliyyəti ABŞ və Şimali Koreya daşıyır"
Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndə Lyu Tszei yeni bəyanatla çıxış edib. Çinli diplomat Koreya yarımadasındakı gərginliyə görə Çinin yox, Vaşinqton və Pxenyanın məsuliyyət daşıdığını bildirib. BMT-də çıxış edən diplomat deyib: "Çin əlində olan imkanlardan asılı olmayaraq praktiki nəticələr əldə edə bilməz. Çünki bu nəticələrin əldə edilməsi prinsipal tərəflərdən-ABŞ və Şimali Koreyadan asılıdır".
Boşandı, sonra bunu etdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bakıda boşandığı qadının qardaşını öldürməyə cəhddə təqsirli bilinən 1987-ci il təvəllüdlü Səyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, qanlı cinayət hadisəsi Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
"Qarabağ" nə "Real", nə də "Barselona"dı" – Federasiya prezidenti
"Şerif"in pley-off mərhələsinə yüksəlmək üçün çox gözəl şansı var. Bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib. Federasiya rəhbəri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Şerif" - "Qarabağ" matçını dəyərləndirib.
DİM Bakı və regional bölmələrdə işçi qrupları yaradıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ixtisas seçimində iştirak etmək üçün müsabiqə şərtləri və elektron ərizələrin doldurulma qaydasının izah edilməsi məqsədilə Bakıda və DİM-in regional bölmələrində “işçi qrup”lar yaradılıb. DİM-dən verilən xəbərə görə, “işçi qrup”ların əməkdaşları abituriyentlərə yalnız ərizənin doldurulma qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həllində yardımçı ola bilərlər.
Pul yığımı səbəti ən az 3 valyutada formalaşmalıdır
Avropa pulunun bahalaşması Avrozona ölkələrinin iqtisadi gösətiricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır. Bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. O qeyd edib ki, son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Yalnız bu ilin aprel ayından sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb.
"Dağlıq Qarabağ münaqişəsi həllini tapsa sabitlik olacaq"
Fransanın “Alternatives-Economiques” portalında Avropa Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı, geosiyasətçi İlan Sialomun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi yayılıb.
Bakıda 52 yaşlı kişi dənizdə batdı
Bakıda 52 yaşlı kişinin meyiti dənizdən çıxarılıb. FHN xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub.
Musa Quliyev: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görülüb”
“Azərbaycan sosial dövvlətdir. Sosial dövlətin ilk xüsusiyyəti ondan ibarətdir ki, dövlətin vətəndaşlarının bütün sosial qayğılarını dövlət öz üzərinə götürür və ədalətli şəkildə həll edir. Azərbaycan Prezidentinin daxili siyasətində sosial siyasət ən önəmli yerlərdən birini tutur”. Bunu millət vəkili Musa Quliyev deyib.
Saxta polislər həbs olundu
Türkiyənin Adana şəhərində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı özünü vətəndaşlara polis kimi təqdim edən şəxslər saxlanılıb. 10 il saxta polis kimi fəaliyyət göstərən 40 nəfərdən 35-i həbs olunub. Əməliyyatlar Adana, İstanbul, Ankara, İzmir, Adıyaman, Elazığ, Kırklareli, Sivas və Şanlıurfa şəhərlərində həyata keçirilib.
Tramp-Putin toqquşması Qarabağda müharibəni alovlandıracaq – İrəvan Bakının bu addımında QORXUR
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi, ardınca Rusiyanın 755 amerikalı diplomatı ölkədən çıxarması ilə başlanan böhran Ermənistanda qorxu ilə müşahidə olunur.














