Musa Quliyev: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görülüb”

“Azərbaycan sosial dövvlətdir. Sosial dövlətin ilk xüsusiyyəti ondan ibarətdir ki, dövlətin vətəndaşlarının bütün sosial qayğılarını dövlət öz üzərinə götürür və ədalətli şəkildə həll edir. Azərbaycan Prezidentinin daxili siyasətində sosial siyasət ən önəmli yerlərdən birini tutur”. Bunu  millət vəkili Musa Quliyev deyib.

"Azərbaycan sosial dövvlətdir. Sosial dövlətin ilk xüsusiyyəti ondan ibarətdir ki, dövlətin vətəndaşlarının bütün sosial qayğılarını dövlət öz üzərinə götürür və ədalətli şəkildə həll edir. Azərbaycan Prezidentinin daxili siyasətində sosial siyasət ən önəmli yerlərdən birini tutur". Bunu  millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsinin ən azı üçdə biri həmişə sosial xərclərə yönəlir: "Bu o deməkdir ki, Azərbaycanda sosial müdafiə dövlətin ən prioritet istiqamətlərindən biridir. Son illərdə cənab Prezidentin rəhbərliyi altında Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Hətta deyərdim ki, tarixdə görülməyən işlər görülüb. Son 14 ildə Azərbaycanda 1 milyon 600 minə yaxın yeni iş yerləri açılmışdır ki, bunlardan da 1 milyon 200 mini daimi iş yerləridir. Bunun hesabına Azərbaycanda məşğulluq siyasəti olduqca güclənmiş və əhalinin qeyri məşğul hissəsi xeyli azalıb. Yəni işsizlərin sayı azalmışdır. Eyni zamanda 2001-ci ildən bu yana aparılan uzaqgörən və doğru siyasət nəticəsində Azərbaycanda yoxsulluq həddi 49 faizdən 5 faizə qədər enib. Heç də təsadüfi deyil ki, BMT-nin yoxsulluqla bağlı sənədlərində Azərbaycan yoxsulluqla ən uğurla mübarizə aparan ölkələrdən biri kimi qeyd olunub. Azərbaycanda son 14 ildə 3 mindən çox məktəb tikilib və yaxud da əsaslı şəkildə təmir olunaraq şagirdlərin istifadəsinə verilib. 600-ə qədər poliklinika, səhiyyə müəssisələri, xəstəxanalar, diaqnostika mərkəzləri tikilib və əsaslı şəkildə təmir olunub.

Eyni zamanda Azərbaycanda ictbari tibbi sığortanın pilotsuz layihə şəklində tətbiqinə başlanılıb. Yevlaxda, Mingəçevir rayonlarında pilot layihələr uğurla davam edir. Gələn ildən daha geniş şəkildə ölkəmizdə icbari tibbi sığorta tətbiq olunacaq ki, bu da əhalinin tibbi xidmətlərə əl çatanlığını daha da yaxşılaşdıracaq. Bununla belə ölkədə 11 min kilometrdən çox yollar çəkilib. Yollar ən yüksək səviyyədə bütün standartlara cavab verir. Bu yollar tək magistral xarakterli yollar deyil, eyni zamanda rayonlararası və kəndlərarası olması da diqqəti cəlb edir. Onlarla bəlkə də yüzlərlə parklar salınıb, mədəniyyət obyektləri tikilib, idman olimpiya kompleksləri tikilib ki, bu da əhalinin sosial rifahını gücləndirən addımlardandır.

Eləcə də əməkhaqqları, pensiyalar, müavinətlər ilbəil artırılır. Ünvanlı sosial yardım proqramları uğurla həyata keçirilir. İş axtaran vətəndaşların iş tapmadığı müddətdə dövlət tərəfindən məşğulluq müavinətləri verilir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə olduqca böyük diqqət yetirilir. 3 milyon 200 min kvadrat metr indiyədək mənzillər tikilərək onların istifadəsinə verilib. Bundan başqa təhsil proqramları həyata keçirilir ki, bu təhsil proqramları istər ölkə daxilində, istər ölkədən xaricdə Azərbaycan gənclərinin layiqli dövlət vəsaiti hesabına təhsil almasını təmin edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31