"Qarabağ" nə "Real", nə də "Barselona"dı" – Federasiya prezidenti
"Şerif"in pley-off mərhələsinə yüksəlmək üçün çox gözəl şansı var. Bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib. Federasiya rəhbəri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Şerif" - "Qarabağ" matçını dəyərləndirib.
1 Avqust 2017 11:54 İdman"Şerif"in pley-off mərhələsinə yüksəlmək üçün çox gözəl şansı var. Bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib. Federasiya rəhbəri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Şerif" - "Qarabağ" matçını dəyərləndirib.
O, Moldova təmsilçisini növbəti mərhələ uğrunda mübarizədə daha şanslı sayır. Çebanu "Qarabağ"ın o qədər də güclü olmadığı qənaətindədi: "Şerif"in yoluna davam etmək üçün kifayət qədər imkanı var. Çünki onlar nə "Atletiko", nə "Real", nə "Barselona", nə də "Bavariya" ilə qarşılaşacaqlar. Bu komanda "Qarabağ"la üz-üzə gələcək. Doğrudu, rəqibin heyətində yaxşı braziliyalı futbolçular var. Ancaq nəzərə alaq ki, onlar Braziliyadan yox, Azərbaycandan olan klubu təmsil edirlər".
Federasiya prezidenti "Şerif"in gənc oyunçularının oynamaq istəmələri ilə bağlı narazılığına da toxunub. O, bu məsələdə baş məşqçini haqlı sayır: "Baş məşqçi gənc futbolçulara inanır və şans verir. Ancaq onlar hələ Çempionlar Liqası səviyyəsində deyillər. Gənclər bunu başa düşmürlər. Hesab edirəm ki, onların hər biri özlərini göstərmək üçün şans əldə edəcəklər. Amma müntəzəm oynamaq üçün gözləməlidilər".
Qeyd edək ki, "Şerif" stadionunda keçiriləcək "Şerif" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk matçda qolsuz bərabərlik qeydə alınıb. Apasport.az